Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Özünü nazirin qohumu kimi təqdim edən Elmar Hümbətəliyevin vəzifə davası – İlginc iddialar

Özünü nazirin qohumu kimi təqdim edən Elmar Hümbətəliyevin vəzifə davası – İlginc iddialar

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi postu uğrunda mübarizə şiddətlənib. Bununla bağlı Savash.org-a daxil olan informasiyada bildirilir ki, hazırda rəisiin səlahiyyətlərini İqbal Yusifov icra etsə də bu post uğrunda mübarizə aparan şəxs Sumqayıt Telekkomunikasiya Qovşağının rəis müavini Elmar Hümbətəliyevdir.

Məlumat üçün bildirək ki, Elmar Hümbətəliyev əvvəlllər Abşeron Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışıb. İşlədiyi müddət ərzində bir neçə dəfə töhmət alıb və bunun da nəticəsində 2007-ci ildə həmin vəzifədən uzaqlaşdırılıb. Abşeronda “vurulduqdan” sonra isə bəxtini “gənclər şəhərində” sınamaq qərarına gələn Elmar Hümbətəliyev Sumqayıt Telekommunikasiya Qovşağının rəis müavini postuna təyinat almağı bacarıb.

Görünür, indi Elmar Hümbətəliyev hesab edir ki, onun yüksəlişi üçün əla şans yaranıb. Daxil olan məlumatda bildirilir ki, Elmar Hümbətəliyev yaxın ətrafı ilə söhbətdə yeni rabitə naziri Ramin Quluzadə ilə qohum olduğunu xüsusi qabardaraq Sumqayıt Telekommunikasiya Qovşağına məhz özünün rəis təyin olunacağı iddiasındadır.

Biz Savash.org olaraq Elmar Hümbətəliyevin yeni nazirlə necə qohum olduğunu bilmirik, amma onunla bağlı bildiyimiz bəzi məqamları oxucularımızla bölüşmək istərdik.

Qeyd edək ki, Elmar Hümbətəliyevin siyasi keçmişi haqda heç də xoş olmayan söhbətlər dolaşır. Bu şəxsin müxalif düşüncəli biri olduğunu diqqətə çəkən qaynağımız elə bu səbəbdən də onun dəfələrlə Sumqayıtın keçmiş polis rəisi Sahib Mirzəyevin xəbərdarlıqlarına tuş gəldiyi bildirilir. Belə ki, Elmar Hümbətəliyevin qaynı keçmiş OMON-çudur, Avropa ölkələrinin birindən siyasi sığınacaq alıb. Hazırda Avropada yaşayan Elmar Hümbətəliyevin qaynı orada Azərbaycan dövlətinə qarşı mübarizə apatrmaqla ad çıxarıb. Elmar Hümbətəliyevin isə hazırda da müxalifətçi-mühacir qaynı ilə çox isti münasibətlərə malik olduğu bildirilir.
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi olmaq sevdasına düşən Elmar Hümbətəliyevlə bağlıı daha şok məlumatları isə yaxın günlərdə ictimailəşdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın