Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Özü istefa verib getməlidir” – DEPUTAT

“Özü istefa verib getməlidir” – DEPUTAT

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici işlər naziri Sergey Lavrovu əvəz edir”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər: 

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi, Azərbaycan heç vaxt heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək.

Prezidentin dediyi kimi, nə qədər ki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”./Oxu.az

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …