Ana səhifə / Siyasət / Özbəkistan prezidenti Azərbaycana gəlir

Özbəkistan prezidenti Azərbaycana gəlir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.

Tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.

Həmçinin oxuyun

İran azərbaycanlı tələbələri bu cür yetişdirib – AÇIQLAMA

İran Azərbaycan Respublikasında öz agent şəbəkəsini zamanla formalaşdırıb. Bunu mədəni işlər və layihələr adı altında …