Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Özəl xəstəxanalarda ƏDV azaldılsın – TƏKLİF

Özəl xəstəxanalarda ƏDV azaldılsın – TƏKLİF

“Bu gün ölkədən xaricə gedən ən böyük valyuta hissəsinin kanallarından biri də səhiyyə sahəsidir. Bütün ölkələrdə təhsillə səhiyyə arasında 2 qat qiymət fərqi möcvuddur. Amma bizdə isə bu sahədə tamamilə tərs mütənasiblik və proporsiya var”
 
Bunu Milli Məclisdə 2017-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə səhiyyə sahəsinə ayrılan pula görə xarici yatırımların miqdarı hər il artır.
“Xahiş edirəm ki, gələn il bunu nəzərə alasınız. Elə edək ki, Azərbaycandan xəstələr xaricə çox da getməsin və kapital da ölkədən çıxmasın”.
Rəşad Mahmudov səhiyyə sahəsində, əsasən özəl tibb müəssisələrində olan Əlavə Dəyər Vergisinin (ƏDV) yüngülləşdirilməsini də təklif edib:
“ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-ni 18 dən 8-ə endirilməsi əslində xsətələrdən gələn gəlirləri və büdcə daxilomalarını artıracaq. Vergi yükü azalsa xəstələrin də ödəmə qabiliyyəti yüksələr”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın