Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Övladlarına görə işdən qovulan məmurlarımız – Siyahı/Foto

Övladlarına görə işdən qovulan məmurlarımız – Siyahı/Foto

Oğlunun adam döyməsinə görə prezident sərəncamı ilə vəzifəsindən azad edilən Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucovun aqibəti ərköyün oğullarına görə işindən qovulan vəzifəli atalar mövzusunu bir daha gündəmə gətirib.

Axar.az xəbər verir ki, general-mayor N.Orucov oğluna görə işindən olan yeganə dövlət işçisi deyil. Onunla eyni qaibəti yaşayanların sayı çoxdur və görünür ki, bu say hələ artacaq.

2013-cü ildə İsmayıllıda baş verən olayların dolayısı ilə baiskarı olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov vəzifədən alındı. F.Ələkbərovu nazir postundan salan oğlu Vüqarın içkili halda qəza törətməsi, vurduğu maşının sürücüsünü dostları ilə birlikdə döyməsi, bu azmış kimi hələ rayon camaatını təhqir etməsi olmuşdu.

Bu hadisə təkcə nazir F.Ələkbərovu deyil, o zaman İsmayıllı rayonunda icra başçısı vəzifəsini icra edən qardaşı Nizami Ələkbərovu da işindən etmişdi.

Həmçinin, sabiq deputat Ayaz Orucovun da növbəti dəfə deputat seçilməməsinə səbəb oğlunun avtomobil ilə başqa maşında olan qızlara sataşması, onlara silahla atəş açıb qorxutması olmuşdu.

Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq rəis müavini Mübariz Mədətovu da oğlunun yüksək sürətlə idarə etdiyi avtomobillə məşhur tarzənin həyat yoldaşını və qızını vurub öldürməsi işindən etmişdi.

Tərtər icra başçısının 1-ci müavini Vidadi Bəylərov oğlu avtoqəzada adam öldürdüyü üçün işindən azad edilən məmurlardandır.

Qeyd edək ki, Prezident İlham Əliyev də çıxışında məmurların və onların övladlarının özbaşınalığına dəfələrlə toxunub:

“Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın