Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Otellər də qiymətlərə yenidən baxacaq

Otellər də qiymətlərə yenidən baxacaq

Tarif Şurası enerji tariflərinin qiymətlərini qaldırdıqdan sonra müxtəlif sahələrdə bahalaşma müşahidə olundu. Bəzi xidmət sahələrində qiymət artımı artıq baş verib, bəzilərində isə bahalaşmanın olacağı istisna deyil. Qazın və işığın tariflərinin bahalaşması otel və restoranlarda da qiymətlərin artacağından xəbər verir.

“ Azinforum.az ” xəbər verir ki, Fins.az-ın suallarını cavablandıran AzTA nümayəndəsi Müzəffər Ağakərimov bahalaşmanın olacağını bildirib. M. Ağakərimov xüsusən də restoran xidmətlərində bahalaşma olacağını qeyd edib. Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur. Həmçinin sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalacaq.

Otellərin qiymət artırmasına gəlincə isə, AzTA nümayəndəsi artıq otellərin Yeni İl bayramı ilə əlaqədər olaraq nömrələri satdığını və bu səbəbdən də artıq qiymətlərdə dəyişiklik edə bilməyəcəklərini deyib. O, otellərin, qiymət siyasətinə Yeni ildən sonrakı aylarda baxacaqlarını bildirib. Lakin ekspert bəzi otellərin qiymət siyasətinə indidən dəyişiklik etməsini də istisna etmir.

 

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın