Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Ötən il Azərbaycan bu ölkələrlə diplomatik münasibətlər qurub

Ötən il Azərbaycan bu ölkələrlə diplomatik münasibətlər qurub

Ötən ildə Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanıb, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilib və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlayıb.

Bu barədə 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatında xəbər verilir.

Qeyd edilib ki, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Özbəkistan, Şimali Makedoniya Respublikası, Gürcüstan, Rusiya və Tacikistanla XİN-lərarası ikitərəfli konsulluq məsləhətləşmələri keçirilib. Azvision.az

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …