Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Orxan Fikrətoğlunun yeni iş yeri müəyyənləşdi

Orxan Fikrətoğlunun yeni iş yeri müəyyənləşdi

Tanınmış analitik və teleaparıcı Orxan Fikrətoğlu yenidən ekranlara qayıdacaq.

“ Azinforum.az ” “Ölkə.az”a istinadən xəbər verir ki, “Köhnə azərbaycanlı” təxəllüsü ilə tanınan Orxan Fikrətoğlu yeni mövsümdən Space TV-də fəaliyyət göstərəcək.

O, sözügedən kanalda “Gecə düşüncələri” layihəsinin müəllifi və aparıcısı kimi fəaliyyət göstərəcək. Veriliş həftədə 6 dəfə yayımlanacaq. Verilişdə gündəmdə olan mövzulara, hadisələrə ziyalı mövqeyi ön plana çıxarılacaq.

Qeyd edək ki, Orxan Fikrətoğlu “Zorxana”, “Nə xəbər” kimi layihələrin müəllifi və aparcısı olub.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın