Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Orucluqda dilənmək tam qadağan ediləcək – Dilənçiyə pul vermək də…

Orucluqda dilənmək tam qadağan ediləcək – Dilənçiyə pul vermək də…

Ramazan ayında Birləşmiş Ərəb Əmirliklərində dilənçiliyin qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.
Moderator.az İsrail mediasına istinadla  yazır ki, Orucluq ərəfəsində Dubay polisi vətəndaşları küçə dilənçilərinə pul verməməyə çağırıb. Müraciətdə deyilir ki, xeyriyyəçilik İslamın ehkamlarından biri olsa da, bunun üçün ümumi qəbul edilmiş yollar var.
Şəhər polisinin rəisi, general-mayor Ömər Əli Muhayri qeyd edib ki, çox vaxt cinayərkar qruplara daxil olan dələduzlar özlərini dilənçi kimi qələmə verirlər. Belələrinə sədəqə verməklə isə  vətəndaşlar özləri də bilmədən bu cür anti-sosial davranışları təşviq edirlər.
“Polis  ölkədə dilənçiliyə son qoymaq üçün böyük səylə çalışır. Biz peşəkar dilənçilərə qarşı kampaniyalar aparırıq. Ancaq normal vətəndaşlar da bu cür davranışların qanuna zidd olması barədə özlərinə hesabt verməlidirlər…”-deyə Dubay polisinin bəyanatında vurğulanır.
BƏƏ hökuməti Ramazan ayında ölkəyə daxil olmaq üçün viza verilməsi prosedurunu da ciddiləşdirməyə qərar verib. Çünki dilənçilərin əksəriyyəti xaricdən axışıb gələn əcnəbilər olur. Ötən il polisin keçirdiyi reydlər zamanı Dubayda yaxalanmış saxta dilənçilərdən birindən 270 min dirhəm(təxm. 73,5 min dollar) pul müsadirə edilmişdi…
P.S. Amma elə müsəlman ölkələri var ki, orada polislər dilənçiliyə qarşı mübarizə aparmaq əvəzinə, dələduz “dilənçi” qruplarını himayə edir, onlardan gündəlik “haqq” alırlar. Hələ arada polislər özləri də dilənirlər…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın