Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / “Ordumuz qarşımızda duran prioritet vəzifələri həll edə bilməz” – Oskanyan

“Ordumuz qarşımızda duran prioritet vəzifələri həll edə bilməz” – Oskanyan

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan başa çatan Qarabağ münaqişəsindən danışıb. 

Ölkə rəhbərliyinə yersiz çağırışlar edən eks-nazir bir neçə arqumentə əsaslanaraq ermənilərə zərərli olan yeni stereotiplərin formalaşdığını bəyan edib.”Birincisi məsələ budur ki, Dağlıq Qarabağ probleminin həll olunduğu deyilir. İkincisi isə, Ermənilərin yaşadığı Qarabağın Azərbaycan ərazisi olmasıdır. Qərb dövlətləri, ABŞ, Avropa Birliyi və qismən Rusiya da belə əhval -ruhiyyədədir. Hazırda Qərbin Rusiya ilə mövqeləri arasındakı fərq bundadır ki, onlar məsələnin tezliklə həll olunmasını istəyirlər. Ona görə də Ermənistan tərəfinə sövdələşmə əldə etmək üçün səxavətli maliyyə yardımı təklif edirlər. Rusiya isə buna tələsmir. Sadəcə olaraq, Rusiya prezidenti Vladimir Putin bir qədər ehtiyat edir. Çünki o 10 noyabr bəyannaməsinin müddəalarının həyata keçirilməsinin “vasitəçisi” və qarantı rolunu öz üzərinə götürüb”.

Oskanyan “Artsax” nağılları haqqında danışaraq açıq və dolayı şəkildə ölkəsini Azərbaycan torpaqlarından gözünü çəkməməyə çağırıb. O qeyd edib ki, diplomatiyanın uğursuzluğu müharibəyə gətirib çıxarır. Ancaq müharibəni uduzanda diplomatiyanı yeni səviyyəyə qaldırmaq zərurəti yaranır:

“Ermənistan ordusunun döyüş qabiliyyəti son dərəcə vacibdir. Amma onun faydalılığı Azərbaycanın “aqressivliyi”nin cilovlamaq qabiliyyəti ilə məhdudlaşır. Bu gün ordu qərar verməyəcək. O qarşımızda duran prioritet vəzifələri həll edə bilməz. Bu, yalnız səmərəli diplomatik səylərlə həyata keçirilə bilər. Hər şey itirilməyib. Bir çox şeyi bərpa etmək olar”. Azvision.az

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …