Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Oqtay Şirəliyevin qızı vəzifəsindən çıxarıldı (FOTO)

Oqtay Şirəliyevin qızı vəzifəsindən çıxarıldı (FOTO)

Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vəzifəsindən azad edib. 
Qaynarinfo-nun məlumatına görə, Nərmin Şirəliyeva “Rossotrudniçestvo” rəhbərinin müşaviri vəzifəsindən azad olunub. 
Qeyd edək ki, Nərmin Şirəliyeva bundan əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 
Xatırladaq ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir. O, ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin müvafiq fərmanı ilə “Rossotrudniçestvo”nun rəhbəri təyin edilib.

Həmçinin oxuyun

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə …