Ana səhifə / Siyasət / “Operativ Qərargahın statistikası heç bir işə yaramır” – İlqar Məmmədov

“Operativ Qərargahın statistikası heç bir işə yaramır” – İlqar Məmmədov

“Hər yanvar Azərbaycanda ən azı 4900, ən çoxu 6085 nəfər adam ölür. 2015-2020-ci illərdə hər il belə olub. Orta hesabla 5313. Bu ilin yanvarında isə birdən-birə 7972 nəfər həyatını itirdi. Orta rəqəmdən 2659 nəfər çox. Operativ Qərargahın məlumatına görə, yanvar ayında koronavirusdan cəmi 491 nəfər ölmüşdü. Bəs yaxşı, onda bu 2168 əlavə ölüm hardandır? Özü də karantinin gur ayında! Söhbət yenə gəlib çıxır o məsələyə ki, Azərbaycanda əhalinin yarısı və daha çoxu artıq virusa yoluxub. Ölənlər ölüb, sağ qalanlar sağ qalıb. Bunu dəfələrlə digər rəqəmlər üzərindən də göstərmişəm. Heç bir karantin bu gedişatı durdurmayıb və durdura bilməz”.

Bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, karantin özü də öldürücüdür: “Əlavə ölümlərin bir hissəsi, bəlkə də böyük əksəriyyəti elə karantinin nəticəsidir.

Bir daha sübut olunur ki, Operativ Qərargahın statistikası heç bir işə yaramır, onun əsasında “elmi əsaslı” qərarlar vermək olmaz. Xüsusilə də karantinin sərtləşdirilməsi haqda”.

Həmçinin oxuyun

“Le Monde” nəşri: Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə …