Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / “Onun namusu, vicdanı və şərəfi sual altındadır” – Adil Əliyev

“Onun namusu, vicdanı və şərəfi sual altındadır” – Adil Əliyev

Millət vəkili Adil Əliyev 26 mart tarixində, Bakının Nizami rayonu ərazisində, yanan “Diqlas” Ticarət Mərkəzinin səhmdarları ilə əlaqədar, böyük qardaşı Məhərrəm Əliyevin adının hallanmasına münasibət bildirib.

A.Əliyev Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsinin olmadığını bildirib.

“O ki, qaldı dayımız oğlu Nadir Əzizova, onun TM-nin adı “Ramal”dı. O da Əzizovlar ailəsinə məxsusdur”-deyən Adil Əliyev əlavə edib ki, hər kəsin obyekti, istər “Diqlas” istərsə də “Ramal”, özlərinin sağlığına qismət olsun.

“Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Həmçinin oxuyun

“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və bunun üzərində işləyir”

Ötən gün prezident Rəcəb Tayyib Ərdoğan da gələcəkdə Qarabağda sülhməramlıların varlığı və iştirakı olmadan proseslərə …