Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Onun işi baş kəsmək, əsir qadınlara alçaqlıqlar törətmək, əsirləri işgəncəylə öldürmək idi…

Onun işi baş kəsmək, əsir qadınlara alçaqlıqlar törətmək, əsirləri işgəncəylə öldürmək idi…

Müharibənin getdiyi indiki dönəmdə xüsusi xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşür.       

Gəncədə  mülki əhalinin erməni bombardmanı nəticəsində həlak olması Azərbaycan xalqını sarsıtmalı deyil, əksinə, onun iradə və qələbə əzmini daha da gücləndirməlidir və gücləndirmişdir. Biz Vətən müharibəsinə girmişik və tarix sübut edir ki, biz doğru yoldayıq. Vətənin azadlığı üçün bu cür ağrılı hadisələrə hazır olmalıyıq və hər kəs bilməlidir ki, bu çür cinayətlər düşmənin nə qədər aciz və gücsüz durumda olduğunun göstəricisidir. Və Prezident dediyi kimi, indiki zamanda bizim bu cür hərbi cinayətlərə yeganə cavabımız döyüş sahəsində düşmən qüvvələrini məhv etməkdir. Düşməni məhv edəndən sonra bu cinayətləri törədənləri ya özümüz ədalətə çəkəcəyik, ya da onlar yer üzündə azad yaşaya bilməyəcək. Bu baş verəcək və verməlidir. Çünki artıq heç bir erməni cinayətkarına Azərbaycan ərazisində yaşamaq hüququ verilməyəcək. Dağlıq Qarabağ rayonlarına ermənilərin qayıtması məsələsi ortaya çıxarsa, onların hər biri təhlükəsizlik yoxlamasından keçəcək. Azərbaycan əsgərinə silah qaldıran hər bir kəs öz cəzasını alacaq, ya da bu ərazilərə buraxılmayacaq. Bu hüququn tələbidir.

Ancaq elə Azərbaycan əsgərinin özü bu hərbi cinayətkarları indidən məhv edir. Erməni millətini şikəst edən və xəst millət durumuna salan irqçı-faşıst ünsürləri hər gün məhv edir. Bu çox sevindiricidir. Azərbaycan əsgəri 1992-1994 illərində  Azərbaycan mülki əhalisinə qarşı divan tutmuş və Xocalıda baş kəsən, göz çıxardan erməni terrorçularını bir- bir sıradan çıxarır. Biz çox sevinirik ki, onların “azatamartik” dedikləri Qarabağda 1992-1994 illərində xüsusi qəddarlıq görstərən terrorçu qüvvələri yenidən döyüş sahəsinə gətirilir.  Dişi qana batmış bu canilər yenidən o zaman törətdikləri cinayətlərə susayaraq  Qarabağa gəlirlər. Artıq ordumuz onların sayılan dərəcədə başçılarını məhv etmişdir. Azərbaycan ordusu erməni millətinə də kömək edir. Bu insanlıq dışı nasistlər məhv edilməklə erməni cəmiyyəti də bu cür baş kəsən Manvellərdən azad olunur. Təbii biz çox istərdik ki, ermənilərin general Manvel dedikləri həmin terrorçunun özü də yenidən Qarabağa gəlsin, ancaq o ölüm ayağında olduğundan evindən kənara çıxa bilmir, amma onun cinayətkar dəstəsinin artıq çox hissəsi məhv edilib. 90-cı illərdə  Vahan Ohanyanın terror dəstəsi ancaq Qarabağda mülki əhalini öldürmək, qaçırmaq və işgəncə verməklə məşğul idi. Saysız hesabsız əsirləri öldürmüşdü.  Rəmzi olaraq Osmanlıya qarşı vuruşan erməni “fədailərinin” buğunu daşıyırdı. Öldürüldü.  Rüstəm Qasparyanın “Qara Panzer” adlandırdığı qrup ancaq terrorla məşğul idi. Onun işi baş kəsmək, əsir qadınlara alçaqlıqlar törətmək, əsirlərə işgəncə vermək və işgəncəylə öldürmək, öldürülənlərin alveri ilə məşğul olmaq idi.  Bu işlərinə görə Serj Sarkisyan dönəminin parlament üzvü də olmuşdu. Oğlu ilə birlikdə məhv edildi. Siyahı böyükdür, ancaq çox sayda “azatamartiklər” artıq bu müharibə 90-cı illərin müharibəsi deyil deyərək Qarabağdan qorxub qaçırlar. Çünki yuxarıda dediyim ki, onların işi silahsız insanlarla idi. Bir qismi isə Paşinyanla mübarizə apardığından – daha doğrusu, savaşda olduğundan heç Qarabağa da gəlmir. İndi Yerkrapahın sədri,”azatamartik”, terror dəstəsi başçısı və apardığı qəddarlıqlara görə milli qəhrəman olmuş və parlament üzvü olan terrorcu Sasun Mikaelyan hələ ki, dünən yaralanaraq canını qurtara bilib.

Bütün bu terror elementlərinin siyahısını Azərbaycan Prokurorluq orqanları sistemləşdirib üzə çıxarmalı və bu mövzu hərbi tribunal olmadığı halda da sülh danışıqlarının mövzusuna çevrilməlidir. Bildiyim qədəriylə hərbi prokurorluqda bu haqda çox sayda adlar vardır. Çünki ədalət olmadığı halda sülh də olmayacaq. Və bu qeyri-insanı elementlərin istənilən halda Azərbaycan ərazisində yaşama haqqlı olmamalıdır. 

Azərbaycan təhlükəsizlik orqanlarının üzərinə daha mühüm məsuliyyət düşür. İndiki mərhələdə təhlükəsizlik xidməti müharibə şəraitinə uyğun özünün xüsusi strukrurlarını da qurmalıdr və yəqin ki, bu istiqamətdə zəruri olan tədbirləri görüb. Tarixdən də məlumdur ki, 2-ci dünya savaşı zamanı sovet təhlükəsizlik orqanları – əks kəşfiyyat, hərbi kəşfiyyat, “Smerş” strukturları nasist savaş suçlularını həm müharibə gedən zaman və əsasən də müharibənin son dönəmində və Berlin azad ediləndə əvvəlcədən hazır olan siyahılar əsasında saysız-hesabsız əməliyyyatlar keçirmiş və çox sayda nasist cəlladlarını ya öldürmüş ya da həbs etmişdir. Bizim təhlükəsizlik və hüquq mühafizə orqanlarında Qarabağ hadisələri başlayandan bəri Azərbaycan vətəndaşlarına qarşı cinayət törədənlərin də siyahısının olduğuna şübhə etmirəm.  Elə çox yazdığımız Njdenin Bolqarıstanda aşkar edilib həbs edilməsi geniş əməliyyatların bir hissəsi idi.  Bu baxımdan bizim təhlükəsizlik xidmətinin fəaliyyəti indi və müharibə sonrası proseslərdə fövqəladə əhəmiyyət kəsb edəcəkdir. Düşünürəm ki, bu işlərlə ordunun əks kəşfiyyat qurumları da məşğul olur, amma indiki dönəmdə bu işlər müxtəlif strukturlar arasında geniş koordinasiya və işbirliyi tələb edir. Düşmən Azərbaycan dövlətinin gücünü sadəcə döyüş meydanında deyil, dövlətin bütün orqanlarının işində görməlidir. 

Digər tərəfdən, Azərbaycan ordusu tarixə yazılmış yüksək hərbi incəsənət nümayiş etdirdiyi bir zamanda,gördüyü işlərə qara yaxmaq üçün düşmən dəridən qabıqdan çıxır. İlk növbədə müharibə səhnəsində baş verən və müharibə şəraitindən doğan və əsgəri intizamdan kənar video və fotoların müdafiə nazirliyinin izni olmadan yayımlanması hallarına imkan verilməməlidir. Bu cür halların olması şərəfli ordumuza qarşı düşmən təbliğaına yol açır. 

İşğaldan azad edilən yaşayış yerlərində hər hansı kənar talan, qarət hallarına (indiyə kimi belə bir halla rast gəlinməmişdir) heç cür imkan verilməməli və əsgərlərimizin nəzarətində olan həmən ərazilərdəki evlərin və mülkiyyətin uyğun şərait yaranan kimi siyahılanması və təhlükəsiz qalması üçün tədbirlər hazırlanmalıdır. İşğaldan azad olunan yerlərdə erməni vətəndaşlarının mülkiyyətinin Azərbaycan dövlətinin təminatında olduğu ifadə edilməlidir. Biz dövlətik. Bu cür məsələlərə bu prizmadan baxmalıyıq və bu cür yanaşma  bizim gücümüzü,özünə inamımızı ifadə edər və beynəlxalq aləmdə rəğbətlə qarşılanar.

Elxan Mehdiyev, Konfliktoloq

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …