Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Siyasət / “Onun işi ancaq Rusiyanın adından istifadə edib Qarabağ məsələsində Azərbaycanı qaralamaq olub”

“Onun işi ancaq Rusiyanın adından istifadə edib Qarabağ məsələsində Azərbaycanı qaralamaq olub”

Rusiya prezidentinin administrasiyası tərəfindən kurasiya olunduğu ehtimal edilən “NEZIQARĞ” teleqram kanalında yerləşdirilən məlumatdan bəlli olur ki, hakimiyyət Konstantin Zatulindən ciddi narazıdır və onu yeni seçiləcək VIII çağırış Dumada görmək niyyətində deyil.

Məsələ ondadır ki, düz 4 çağırış deputat olmuş K.Zatulin MDB dövlətləri ilə iş üzrə Komissiyanın rəhbərinin birinci müavini vəzifəsini icra etdiyi müddətdə yalnız Ermənistanla şəxsi “iş aparıb” və bu fəaliyyət fiasko ilə nəticələnib. Kanal bunu onunla əsaslandırır ki, belə getsə, Ermənistan MDB-ni hətta tərk edə bilər. Çünki orada rusdilli əhali sürətlə azalır, məktəblərdə rus dili tədris olunmur, bütün humanitar proqramlara isə son qoyulub. Rusiya Federasiyasının sözügedən Komissiyaya illər boyu külli miqdarda vəsait ayırmasına baxmayaraq, bu pullar real və vacib layihələrə deyil, “rus-erməni dostluğu klubuda” Zatulinin erməni biznes tərəfdaşlarının şəxsi maraqlarına xidmət edir. Kanal belə qənaətə gəlir ki, Dumada həmin sahə Zatulinin kurasiyasında qalsa, Rusiya Ermənistanı nəinki MDB-də, ümumilikdə itirməklə üzləşə bilər. “NEZIQARĞ” kanalı K.Zatulinin təkcə Moskvadakı beş lüks mənzili barədə məlumat yayaraq, onların əldə olunmasında bilavasitə erməni dostlarının “qardaş yardımına” işarə edir: “Rusiya tərəfindən ayrılan budcə deputatın şəxsi maraqlarına deyil, Ermənistanı Rusiyaya bağlamağa xidmət etməli, onun cəmiyyətini şimalda son ümid kimi görməyə vadar etməliydi”.

Qeyd edilir ki, proseslər bunun əksinə gedir. O səbəbdən Dumanın yeni tərkibində onun kimilərə yer olmaması məqsədəuyğun sayılır. Görünən odur ki, K.Zatulin artıq Kremli qane etmir və bu üzdən onun “qələmi qırılıb”.

Maraqlıdır, qarşıdakı seçkidə K.Zatulin Dumadan kənarda qala bilərmi?

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, belə bir məlumatın yayılması təsadüfə oxşamır: “Ola bilsin ki, Kremldə K.Zatulinin üzərindən xətt çəkilir. Ancaq bunu dəqiq proqnozlaşdırmaq çətindir. Məlum olduğu kimi, Zatulin uzun illərdir Rusiyadakı erməni lobbisindən bəslənir. O, qatı ermənipərəst siyasi personadır. Bu həmin Zatulindir ki, bilavasitə 1995-ci ildə Rusiya Dövlət Dumasının qondarma “erməni soyqırımını” tanımasında yaxından iştirak edib. Zaman-zaman antitürk fəaliyyətlərlə məşğul olub. Hər zaman Ermənistanın Qarabağı işğal etməsinə haqq qazandırıb. Qarabağın Azərbaycanın tərkibində mövcudluğunu mümkünsüz hesab edib. Ancaq o da var ki, Zatulin Rusiya Federasiyasından çoxlu vəsaitlər qoparsa da, Ermənistandakı antirus fəaliyyətini önləmək üçün yetərincə çalışmayıb. Nə 2016-cı ildə İrəvanda faşist Njdeyə heykəl qoyulanda, nə də ondan sonrakı dövrlərdə baş verənlərlə əlaqədar Ermənistanı kəskin tənqid etməyib. Zatulinin işi ancaq Rusiyanın adından istifadə edib Qarabağ məsələsində Azərbaycanı qaralamaq olub. Bu minvalla erməni lobbisindən daha çox bəslənib. Bu isə Azərbaycanda Rusiyaya qarşı nifrəti daha da artırıb. Son 3 ildə Ermənistanda anitirus ovqatının daha da artması Moskvanı narahat edir. Bunun nəticəsidir ki, Rusiyapərəstlər seçkilərdə məğlub oldular”.

Partiya sədri hesab edir ki, görünür, bütün bunlara görə Zatulini cəzalandırmaq istəyirlər. (Baki-Xəbər)

Həmçinin oxuyun

İlahiyyatçıdan Ərdəbil imamı Amuliyə sərt cavab

Ərdəbilin imam – cüməsi Həsən Amuli bir növü ölkəmizə qarşı təhdidedici ifadələr səsləndirib. Onun təhdidlərinə …