Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Onların heç katibələrinin qəbuluna düşmək olmur, o ki qaldı özlərinin”

“Onların heç katibələrinin qəbuluna düşmək olmur, o ki qaldı özlərinin”

“İnsanlar problemləri ilə bağlı məmurlara müraciət edə bilmir”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında ölkə məmurları ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri məmurların xalq üçün əlçatmaz olduğunu, insanların öz problemləri ilə bağlı məmurlara müraciət etmk imkanının olmadığını bildirib:
“Bu gün məmurlar xalq üçün, ölkə vətəndaşları üçün tamamilə əlçatmazdılar. İnsanlar öz probemləri ilə bağlı onlara müraciət edə bilmirlər. Bu gün məmurların heç katibələrinin qəbuluna düşmək olmur, o ki qaldı özlərinin. Bu səbəbdən də insanlar öz dərdlərini, sərlərini məmurlara deyə bilmir, öz problemlərinin həllinə nail ola bilmirlər.
Hesab edirəm ki, bu problem aradan qalxmalı, məmurlar xalqa, onun problemlərinə biganə qalmamalıdır. Onlar xalqa xidmət etmək üçün vəzifəyə qoyulub. Ona görə vəzifəyə gətirilməyiblər ki, özlərinə milyonlarla pul yığsınlar, xalqı isə öz probemləri ilə baş-başa qoysunlar”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın