Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Siyasət / Onlar təşviş içindədir: YAP-da yoxlamalara BAŞLANILDI

Onlar təşviş içindədir: YAP-da yoxlamalara BAŞLANILDI

Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək. 

Xatırladaq ki, həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.

Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir ki, Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir.

Həmçinin oxuyun

Sülh danışıqları yenidən başladı: Blinken Əliyev və Paşinyana zəng etdi

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.  Bu barədə ABŞ Dövlət …