“Müxtəlif ölkələrin diplomatik korpuslarının Şuşaya səfəri Azərbaycan diplomatiyasının çox mühüm qələbəsidir. Bu səfərin bir adı var: dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etməsini dəstəklədi, Azərbaycanın öz torpaqlarının ağası olduğunu bir daha vurğuladı, Qarabağda yaşayan erməni millətindən olan vətəndaşlarına hansı statusun veriləcəyinin Azərbaycanın daxili siyasəti olduğuna işarə vurdu”.
Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
Sabiq spiker bildirib ki, ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməsini müxtəlif istiqamətdə və səhv yozanlar var:
“Bunu ikili standart adlandıranlar səhvə yol verirlər, çünki hər ölkənin Şuşaya getməmək səbəbləri fərqlidir. ABŞ Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir. Getməməklə Ermənistana “Yanındayam qorxma, Rusiyadan aralan” mesajını verir. Fransa gələn ilin prezident seçkilərində ermənilərin və onların tərəfdarlarının səslərini qazanmaq istəyir. Rusiya Azərbaycana “Məni hesabdan silmək olmaz, istənilən vaxt siyasətimi dəyişə bilərəm” mesajı göndərir. Həm də Rusiya onsuz da bölgədə real yerləşib və faktiki Laçın tərəfdən Şuşa yolu və kiçik əraziyə nəzarət edir. Mənə belə gəlir, bu ölkələr yuxarıda sadaladığım səbəblərdən ora səfirlərini göndərməyiblər. ABŞ və Fransa artıq Azərbaycanı dəstəklədiklərini bildiriblər”.