Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Onlar bu xəbərdarlıqdan nəticə çıxartmasalar, cəzalanacaqlar”

“Onlar bu xəbərdarlıqdan nəticə çıxartmasalar, cəzalanacaqlar”

Prezident İlham Əliyev Nazirlət Kabinetinin toplantısında iqtisadi müstəvidəki bir sıra problemlərə toxunub, inhisarçılıq, azad sahibkarlığın boğulması və s. kimi hallara diqqət çəkib. İ.Əliyev sahibkarlığın inkişafına mane olan dövlət yetkililərinə xəbərdarlıq edərək onları bu cür addımlardan çəkinməyə çağırıb.
Maraqlıdır, prezidentin bu xəbərdarlığından sonra iqtisadi müstəvidə vəziyyətin dəyişməsinə şahid olmaq mümkün olacaqmı?
Məsələ ilə bağlı  Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov ölkə başçısının xəbərdarlığından nəticə çıxartmağın vacibliyinə toxunub:
“Təbii ki, inhisarçılıq da, korrupsiya da da yalnız Azərbaycan cəmiyyətində deyil, bütün dövlət və cəmiyyətlərdə özünü büruzə verən hallardır. Lakin Azərbaycanda ölkə başçısı bu kimi hallarla bağlı öz qəti mövqeyini ortaya qoyub və onun həlli istiqamətində sistemli addımlar atır. 6 ayın yekunları ilə bağlı keçirilən toplantıda da ölkə başçısı iqtisadi sferadakı problemlərdən bəhs etmiş, neqativ hallara yol verən məmurlara sərt şəkildə xəbərdarlıq etçmişdir. 9 ayın yekunları ilə bağlı keçirilən tədbirdə də ölkə başçısı yenə də öz mövqeyini ortaya qoydu və sahibkarlığın inkişafına mane olan, bu yolda süni problem yaradan şəxslərə xəbərdarlıq etdi. Həmin toplantıda hər şey öz adı ilə çağırıldı, heç bir problemin üstündən sükutla keçilmədi. Hesab edirəm ki, bu problemlərə səbəb olan və ya onun həllini məqsədli şəkildə yubadan şəxslər ölkə başçısının bu xəbərdarlığından lazımi nəticələr çıxartmalıdır. Çünki bu, cənab prezidentin son bir ildə onlara üçüncü, dördüncü xəbərdarlığıdır. Əgər onlar bu xəbərdarlıqlardan nəticə çıxartmasalar, o zaman bunun nəticəsinə də qatlaşmalı olacaqlar. Cənab prezidentin xəbərdarlığından nəticə çıxartmayanların cəzalandırılması mütləqdir.
Bunu qeyd etmək lazımdır ki, ölkə başçısının səsləndirdiyi bütün tənqidir qeydlər dövlətimizin, cəmiyyətimizin inkişafına xidmət edir və fikirlərdən ciddi nəticə çıxartmaq lazımdır”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın