Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Paşinyan deyir ki, əks-həmlə ilə məsələni həll edəcəyik. Adam (elə deyək) rəsmən müharibənin davamı üçün anons verdi, olsun, deməli, sülh yaratmağa davam edəcəyik, sülhə məcbur etmə əməliyyatını Qələbə ilə başa çatdıracağıq”.

Bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

“Paşinyan deyir ki, Ermənistana qarşı Türkiyə və Pakistan əsgərləri savaşır – bəs nə desin?! Necə etiraf etsin ki, 90-larda dövlətdən yetim, dünyadan yalnız qalıb öz torpağını anasının qucağında tərk edən oğlanlar indi tank belində Vətəninə qayıdır?! Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar – bu miflə yaşayırdılar, ona görə də cəbhədə ağır məğlubiyyətlərini Türkiyəyə, Pakistana bağlamağa məcbur qalıblar. Vuruşan, Vətənini işğaldan təmizləyən Azərbaycan oğullarıdır – türkü, talışı, ləzgini, rusu, yəhudini və digər millətləri birləşdirən Azərbaycan Vətəndaşı kimliyidir. Bu 1 ayda biz küllərimizdən doğduq, əsl azərbaycanlı olduq, vətəni tanıdıq, millətimizin böyüklüyünü hiss etdik, dostu-düşməni daha yaxından tanıdıq – bir sözlə, Xalq olmaq üçün böyük addım atdıq! Ermənistan isə bizim 90-cı illərdə düşdüyümüz durumdadı – mifləri dağılır, toplum olaraq sancı keçirirlər, ümid edək ki, qonşumuz sancıdan normal cəmiyyət doğacaq, əks təqdirdə özlərini də, bölgəmizi də hələ uzun zaman tərəqqidən kənar qoyacaq, Cənubi Qafqazın ayaq bağı olmaqda qalacaqlar. Allah Əsgərimizi və Ordumuzu qorusun!” – N.Cəfərli bildirib.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …