Bazar , Fevral 25 2024
Ana səhifə / Siyasət / On Ermənistan vətəndaşının Azərbaycana qarşı iddiası qismən təmin edilib

On Ermənistan vətəndaşının Azərbaycana qarşı iddiası qismən təmin edilib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 19-da on nəfər Ermənistan vətəndaşının Azərbaycana qarşı 3 şikayəti üzrə qərarını elan edib.

AİHM iddia olunan pozuntuları qismən tanıyıb.

“Narayan və başqaları Azərbaycana qarşı” – işində ərizəçilər 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət zamanı həlak olmuş Edqar Narayanın, Erik Abovyanın və Şavarş Melikyanın valideynləri, bacı-qardaşlarıdır.

Onlar ərizələrində iddia ediblər ki, Azərbaycan əsgəri Ermənistan ərazisinə sərhədi keçməklə evlərinə daxil olaraq, onların qohumlarını güllələyib.

Avropa İnsan Hüquqları Konvensiyasının 2, 13 və 14-cü maddələrinə əsaslanan ərizəçilər, hadisələrin baş verdiyi vaxt silahlı münaqişənin davam etmədiyi üçün qohumlarının öldürülməsinin qanunsuzluğundan, etnik və milli mənşələrinə görə ayrıseçkiliyə məruz qalmalarından və hadisə ilə bağlı effektiv araşdırma aparılmamasından şikayət edib.

AİHM ərizəçilərdən Narayan və Abovyanın şikayətlərini qəbuledilən, digər ərizəçi Melikyanın şikayətini isə qəbuledilməz sayıb.

Məhkəmə, Konvensiyanın 2-ci maddəsinin Narayan və Abovyanın ölümü və eləcə də hadisə ilə bağlı effektiv istintaqın aparılmaması aspektindən pozulmasına qərar verib. Digər pozuntu iddialarının araşdırlmasına lüzum görülməyib.

Qərara əsasən, 2 ərizəçinin hər birinə 16 min avro məbləğində mənəvi zərər əvəzi, onların hər birinə 2780 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

Ərizəçilər ümumilikdə 130 min avrodan artıq mənəvi zərər, 2780 avro hüquqi xərc əvəzi tələb etmişdilər. Meydan.tv

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …