Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “ÖMRÜM BOYU SPİKER OLASI DEYİLDİM Kİ…” – Oqtay Əsədov danışdı

“ÖMRÜM BOYU SPİKER OLASI DEYİLDİM Kİ…” – Oqtay Əsədov danışdı

“Milli Məclisin yeni sədri Sahibə Qafarovanı yüksək intellekti, bacarığı olan bir şəxs kimi qiymətləndirirəm. Hesab edirəm ki, o bu vəzifəni, Məclis sədrliyinə ən layiqli namizəd kimi icra edəcək”.

Bunları “Gununsesi.org”-a açıqlamasında Milli Məclisin keçmiş sədri Oqtay Əsədov deyib.

Otay Əsədov özünün spiker postundan getməsini də şərh edib. Eks-spiker bildirib ki, heç bir vəzifə heç kəs üçün əbədi deyil: “Mən ömrüm boyu spiker olası deyildim ki… Bir gün vəzifəyə gələn, bir gün də gedər. Uzun illər Milli Məclisə sədrlik etdim. İndi də təmsil olunduğum Yeni Azərbaycan Partiyası Sahibə Qafarovanı bu posta layiq gördü və partiyanın hər bir üzvü kimi, mən də bunu dəstəklədim”.

Həmçinin oxuyun

Deportasiya Qurbanları Cəmiyyəti bəyanat qəbul edib

Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məqsədilə qəbul etdiyi qətnamə həm beynəlxalq hüquqa hörmətsizlikdir, …