Çərşənbə , Mart 22 2023
Ana səhifə / Siyasət / “Ölkədə qarışıqlıq yaratmaq istəyirlər” – Fazil Mustafa

“Ölkədə qarışıqlıq yaratmaq istəyirlər” – Fazil Mustafa

“Bu insidentlər təsadüfi deyil. Görünür, hansısa formada ölkədə qarışıqlıq yaratmaq istəyirlər”.

Bu sözləri millət vəkili Fazil Mustafa Bakupost.az. -a açıqlamasında deyib.
O, baş verən insidentlərin təsadüfi olmadığını vurğulayıb:
“Hüquq-mühafizə orqanları bu hadisələrin qarşısını qətiyyətlə alır. Təhlükəsizlik xidməti əməkdaşları da öz işlərini görürlər. Bu cür təxribatlarla Azərbaycana qarşı hansısa problem yaratmaq mümkün deyil. Ümid edək ki, bu, kriminal zəmində baş verən insidentdir. Amma hər halda hadisənin siyasi çalarları da ola bilər. Bunun üzərində düşünmək lazımdır. Qarşısının alınması üçün operativ addımlar atılmalıdır”.

Millət vəkili vətəndaşları da ayıq-sayıq olmağa çağırıb:

“Belə proseslərin genişlənməsinin qarşısını almaq üçün addımlar atılmalıdır. Eyni zamanda vətəndaşlar da fəal, ayıq-sayıq olmalıdırlar. Hər kəs öz çevrəsində baş verəcək hadisələrin müəyyən nəticə doğuracağını anlamalıdır. Bu istiqamətdə hamılıqla səy göstərib dövlətin çətin vəziyyətə düşməsinin qarşısını almalıyıq”.

Həmçinin oxuyun

Ekofəalların aksiyası 100 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə …