Ana səhifə / Siyasət / Ölkə başçısına Ədliyyə və Səhiyyə Nazirliyindən ŞİKAYƏT…

Ölkə başçısına Ədliyyə və Səhiyyə Nazirliyindən ŞİKAYƏT…

Hörmətli Cənab Prezident, dəyərli ölkə başçısı, gəncliyimizin əvəzolunmaz lideri! 
Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmini, regionda ölkə olaraq nüfuzumuzun möhkəmləndirilməsi, beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasətin uğurulu mövqeyi, gəncliyimizin uğurlu gələcəyi adına təşəbbüsünüzlə “26” sentyabr “2016-ci ildə həyata keçirilmiş “Ümumxalq Səsverməsi” – Konstitusiyamıza əlavə və dəyişliklər edilməsi ilə bağlı Referendum Lahiyəsində iştirak edərək qüdrətli Azərbaycan naminə “Hə” dedim.
Hörmətli Cənab Prezident! Bu minvalla düşünürəm ki, ölkəmizin  vətəndaş cəmiyyətinin maraqları, rifahı, gəncliyinin xoşbəxt gələcəyi uğrunda islahtalar aparılmasında gəncliyin nümayəndəsi olaraq mənimlə bərabər bir çox ictimai fəal gənc vətəndaşımızın ictimai iştirakçılığı tərəfinizdən yüksək dəyərləndiriləcək. Mənim vətəninə, xalqına, dövlətinə bağlı olan gənc kimi ictimai iştirakçılığımla bağlı köklü sürətdə həll edilməsinə ehtiyac duyduğum prioritet problemlər bank və səhiyyə sahəsi ilə əlaqədardır. Bu gün demək olar ki, əhalimizin əksəriyyəti sosial təbəqəsindən asılı olmayaraq bu problemlərlə üzləşməyə sanki məhkum olub.
Uzun müddətdir ki, bu problemlər müşahidələrimə, iştirakçı olduğum məsələlərə nəzərən sağalmaz yaraya çevrilib. Hər iki  problem dalğası metaforik desək sunami kimi insanlarımızı öz ağuşuna alaraq məhv etməkdə fəlakət görünüşünü yaradıb. Cəmiyyətimiz daxilində gedən insan kütlələrinin sıx mövcud bu problemlər bataqlığı günbəgün dərinləşməkdə davam edərək, aidiyyatı qurumların laqeyidliyi fonunda böyük pessimistlik meydana gətirir. Hər iki problem strees, dözümsüzlük, əlavə xəstəlik, cinayət və sonda ölümə yol açan asılılıq mənbəyidir. Ağır xəstəliyə düçar olan insanlar, onların  əzizləri maddi imkansızlıqdan digər müxtəlif insanlar kimi bank və kommersiya təşkilatlarına üz tuturlar. Ən azından  bu addım  zərurət kimi  qiymətləndirilsə də sonda həkim səhlənkarlıqlarından  ortaya çıxan ağır fəsadlar  dəhşətli  həyat macərasına insanları sürükləyir. Digər tərəfədən isə banklara yaranan külli-miqdarda borcun üzrlü bu kimi səbəblərdən problemə çevirilməsi mövcud məqam etibarı ilə ölümün həyat üzərində, qaranlığın işıq üzərində, şərin xeyr üzərində qələbəsini reallaşdırır. Bu sosial bəlanın sadəcə bir-birilə necə bağlı şəkildə ortaya çıxdığını görmək  bu bəlaya düçar olmayan üçün belə dözülməzdir.
Uzun müddətdir ki, ölkəmizdə bankların qanunsuzluğu, güzəştsizliyi, səhiyyə sahəsinin hüquqi və fiziki subyektlərinin həyatlara qənim kəsilən durumundan şikayətlər artmaqdadır. Mən sağlam düşüncəli Azərbaycan gənci olaraq  şikayət edilən probləmlərin diqqət dairəmdə olanları ilə hüquqi insantansiyalarda zərərçəkmişlərin nümayəndələri olaraq cəmiyyətimizdə nizamsızlıq yaradan imtiyaz sahiblərinin ifşası, xalqımızla dövlətimiz arasında bağlığın sarsılmaması, ədalətin dünənimiz, bu günümüz və gələcəyimiz adına zəfər çalması məqəsdilə aktiv mübarizə aparıram.
Tanrı şahiddir ki, bu günə qədər gördüyüm cəmiyyət daxilində yaşam dağıntılarına səbəb ola biləcək imtiyaz sahibləri tərəfindən edilən haqsızlıqlar məni əqidəmdən, sizə olan inamımdan döndərə bilməyib. Çünki əqidəmin sarsılmaması uğrunda fəaliyyətim meyar olub. Bu meyarla mən hüquqi dövlətdə yaşadığımızı özüm üçün artıq aksiomaya çevirmişəm. Əgər səlahiyyət sahibləri-məmurlar dövlət adına vətəndaşlarımızla kobud rəftat edirsə, müraciətlərinə laqeyd yanaşırsa, qanuni maraqları üçün qeyri-qanuni ödəmələr tələb edirsə bu halda mütləq hər bir vətəndaş öz hüquqlarının aliliyi uğurunda ictimai iştirakçı olmağı özünə borc bilməlidir və hal-hazırda şübhə yoxdur ki, dövlət siyasətimizlə uzlaşmayan fəaliyyətdə olan bir çox məmurlarımız mövcuddur. Hansı ki, onlar səhiyyə və bank  sahəsində artıq söyüş hədəfinə çevirilmiş problemlərin subyektləri olan şəxslərin  əməllərimə bəraət qazandırırlar. Bununla da onlar ölkədə xasosa yol açan ictimai-sosial vəziyyətin yaranmasına səbəb olmaqları ilə dövlətlə vətəndaş arasında bağların qırılmasına zəmin yaradırlar.
Bu gün davamı uzun müddətdir qüvvədə qalan bu problemlərdən banklarla əlaqədar olaraq onların nəzdində fəaliyyət göstərən “Problemli Kreditlər Agentliklərinin” reketliyini Sizin diqqətinizə çatdırmaq istəyirəm. Mətbuat gündəmində ən çox adı hallanan “Unibank ASC”-lə arasında olan müqaviləyə dair bankın borclu müştərilərinə qarşı borc tələbi ilə reketlik mövqeyində duran “Boa Kollektor Agentliyinin” ölkə daxili borcların yığımı ilə bağlı “Ədliyyə Nazirliyi” kimi ciddi dövlət qurumumuzun adından istifadə edərək dələduzluğa yol verməsi, bununla vətəndaşlara qarşı hərbə-zorba yolu ilə qeyri-qanuni mövqe nümayiş etdirməsi halı artıq kütləviləşib. Artıq bu agentliyin müvafiq şöbəsində olan borclu vətəndaş ordan məmnunluğunu dilə gətirən durumda olması baş verənlərə nəzərən qeyri-mümkündür. Bu agentlik heç şübhəsiz ölkə daxilində yetərli maliyyə nüfuzuna sahib “Unibank ASC” -in Müşahidə Şurasına Sədirlik edən Eldar Qəribovun oğlu İlkin Qəribova məxsusdur. Səhmlərinin 65 faizinə sahib olduğu bankir Eldar Qəribovun təmsil etdiyi “Unibank ASC” bu yaxınlarda bir çox vətəndaşımıza qarşı haqsızlıq nümayiş etdiridiyi kimi, Şuşadan didərgin edilmiş, evi orada erməni işğalçıları tərəfindən zəbt edilmiş dəyərli gənc incəsənət xadimi olan Elvin Əliyevin evini milli işğalçılıq siyasətinə məruz qoymaqda tərəddüd etməyərək, istedad sahibini hal-hazırda ağır kirayərlərə məruz qoymuşdur. Halbuki Elvin Əliyevin atasının dünyasını dəyişməsi səbəbindən üzrlü problemlər yaşanması qarşılığında Elvin Əliyev bank qarşısında öz məsuliyyətinə həssas yanaşaraq aylıq ağlabatan ödənişin həyata keçirilməsində təşəbbüsçü olmuşdur. Lakin əsas məqsəd borc qarşılığında dəyəri satılıdğı qiymətdən 3 qat daha baha olan evin bank tərəfindən gəncin  əlindən alınması məqsədi olub. Bununla bank əldə etmək istədiyi məbləğin öz maraqaları çərçivəsində daha artığını əldə etməyə nail olub. Belə ki, 30000 – lik borc qarşılığında dəyəri 90000 civarında olan ev hərracda 44000 manata tez bir zamanda satılaraq gəncin ailəsi ilə birlikdə küçərlərə atılmasına səbəb olub. Daha bu kimi nə qədər dözülməz olayların baş verməsini istisna etmək mümkün deyil.
Yaşadığımız bu günkü gündə həll edilməsi sanki müşkülə çevrilmiş ən önəmli və diqqət cəlb edən problemlərimizdən biri də  qeyd etdiyim kimi olan səhiyyə subyektlərinin aldığı, şikəst etdiyi canların aqibətilə bağlıdır. Bir neçə gün öncə Nazirlik qarşısında canının ağrısı ilə fəryad edən gənc qadının çəkdiyi acıları görmək, nazirlik əməkdaşlarının onun fəryadına etdiyi dözülməz həqarət rəzalətinə şahid olmaq mənim üçün çox üzücü oldu. Bu tip məqamlara həssas yanaşmama Nazirliyin məsul şəxsləri adına bağışlanılmazdır. Bu dövlətin səhiyyə siyasətinə qarşı vurulan zərbədir. Eynilə həmin gənc qadın vətəndaşımızın öz adına qeyd etdiyi kimi vətəndaşın ölkəni tərk etməsinə, vətəndaşlıqdan imtina etməsinə acı töhvə verən bir haldır. Ənənəvi durum isə əsasən özəl klinikalar olmaqla vətədaşlarımızın həyatında yaşanan dözülməz sağlamlıq problemlərini meydana gətirən həkim səhlənkarlığı problemi ilə əlaqədardır. Həkim səhlankarlığı, təcrübəsiz tibbi müdaxilələr, yanlıç diaqnozlar artıq xroniki zaman çərvəsində sayı minlərlə dəyərləndirilə biləcək sayda vətəndaşımızın həyatını məhv edib. Neçə-neçə uşaq ana qoxusunu hiss etmədən dünyaya gəlməsilə, anasının həkim səhlənkarlığı nəticəsində dünyadan köçməsinə səbəb olub. Bu ağır tendesiya isə davamı edərək sağalmaz yaraya çevrilib. Əməliyyat sonrası neçə-neçə vətəndaşımız,  xüsusilə azyaşlı körpələr yüngül əməliyyatlar keçirməyinə baxmayaraq gələcəklərinə əlvida deyiblər.
Bu yaxınlarda Sumqayıtda 3 yaşlı Arzunun, VHP-ın Sabirabad rayon təşkilatının sədri atasız böyümüş Elman Əliyevin balaca nəvəsinin ölməsi faktı dediklərimlə bağlı həyacan təbilinin çalınması üçün əsasdır. Hüquqi nümayəndə kimi isə hal-hazırda iştrak etdiyim tibbi iş üzrə süründürməçiliyə, saxta rəylərə məruz qalmış ailənin dramı ilə bağlı diqqətinizə zəruri faktları məlumatları çatdırmaq istəyirəm: Hüquqlarını Müdafiə etdiyim Rəşad və Elnarə adlı vətəndaşlarımızdan təşkil edilmiş Bağırovlar ailəsinin 7 yaşlı nümayəndəsi Nihad Bağırzadə 2 iyun 2014-cü ildə yanlış diaqnoz və əməliyyatla həyatı təhlükələrə yaşamaqla nisbi sağlamlığa düçar olub. Belə ki, “Diaqnoz Tibb Mərkəzində” həyata keçirilmiş müayinədən sonra adenoid 3-cü dərəcə( boğaz ətinij kəskin iltihablaşması) diaqnozu ilə balaca Nihad əməliyyata mərkəzin Lor həkimi Qənbər Qocayev tərəfindən cəlb edilib. Lakin əməliyyatın uğursuz alınması, sonrakı müayinə nəticələrinə əsasən Nihadın sağlamlığı ilə bağlı yaşadığı ağır durumun “15”günlük zamanı və əlimizdə hazırda mövcud olan sübutlarla təsdiqinə qovuşur. Lakin Səhiyyə Nazirliyi başda olmaqla bu günə qədər  hüquqi aidiyyəti orqanlar da ailənin fəryadına dəstək olmamışlar. Bu kimi problemlər isə öz həllinə qovuşmadıqca sosial  infeksiyon bəlaya çevirilməsi labüdür. Ölkəsini, dövlətini, vətənini, xalqını və gələcəyini sevən mənim kimi vətədaşlarımıza – ümumən bütöv Azərbaycan xalqı üçün bu labüdlük arzuolunmazdır.
Mən səmimi qəlbdən inanıram ki, yaşam mövcudiyyətimizə qənim kəsilmiş bu problemlərimizin həlli istiqamətində öz işinizi əsirgəməyəcək, müraciətimə gələcəyimizi məhv edənlərin cəzalandırılması adına diqqətcanlılıqla yanaşacaqsınız. Qlobal düşünüb, lokal hərəkət etmək xarizması ilə Sizə ən xoş arzularımı çatdırmaqla bərabər, Sizdən kömək diləyən hər bir Azərbaycan vətəndaşına dayaq durmanızı bir gənc kimi xahiş edirəm!
Samir Zeynalov.
Bakı.
27.09.2016-cı il.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın