Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Oliqarxın qara günləri: bank 250 milyon dollarlıq əmlaka cəmi 33 milyon təklif edir

Oliqarxın qara günləri: bank 250 milyon dollarlıq əmlaka cəmi 33 milyon təklif edir

Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılova banklardan daha bir “qara xəbər” gəlib.

Virtualaz.org saytı xəbər verir ki, hazırda biznesi müflis olan Telman İsmayılovun borclu olduğu banklardan biri “Vneştorqbank” (VTB) onun girov qoyulmuş, bazar qiyməti 250 milyon dollar olan daşınmaz əmlakını cəmi 33 milyon dollara götürməyi təklif edib.

Bu haqda “Vedomosti” T.İsmayılovun ailəsinə məxsus AST şirkətlər qrupunun mətbuat xidmətinə istinadən yazıb.

Bildirilir ki, Telman İsmayılovun məşhur “Praqa” restoranı, Krasnaya Presnyadakı ofisi və İzmaylovodakı ticarət mərkəzi VTB-də girovdur.

AST şirkətlər qrupu bu əmlakın dəyərini 250 milyon dollar qiymətləndirir. Lakin bank həmin daşınmaz əmlakı T.İsmayılovun borcundan 33 milyon dollar silməklə öz mülkiyyətinə keçirməyi təklif edib. Bankdan bunu Moskvada kommersiya təyinatlı daşınmaz əmlakın qiymətinin kəskin enməsi ilə əlaqələndirirlər.

Xəbər verildiyi kimi, T.İsmayılovun 286 milyon dollar borcu olduğu “Bank Moskva” isə onun müflis elan edilməsi üçün məhkəməyə iddia qaldırıb.

Lakin məhkəmə bu iddianı baxılmaq üçün hələ qəbul etməyib və  noyabrın 9-na qədər  iddia üzrə hər hansı prosedur tədbiri görməyəcəyini bildirib. Çünki iddiaçı tərəf Telman İsmayılovun fərdi sahibkar statusu daşıyıb-daşımadığına dair sübutları təqdim etməyib. Həmçinin məhkəməyə depozit qoymayıb.

Məhkəmə İsmayılovun fərdi sahibkar statusuna dair sübutları alandan sonra iddianı baxılmaq üçün qəbul edə bilər. Hələlik isə məsələ açıq qalır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın