Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Öldürülən jurnalistin atası: “Barışıq mümkün deyil”

Öldürülən jurnalistin atası: “Barışıq mümkün deyil”

“Cavid Hüseynovun ailəsi ilə barışıq mümkün deyil”.
Bunu musavat.com-a açıqlamasında döyülərək öldürülən jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev dedi. 
Məmmədəli Əliyev bildirdi ki, “Qəbələ” futbol klubunun hazırda həbsdə olana kapitanı Cavid Hüseynovun ailə üzvləri onlarla barışmaq istəyib: “Cavid Hüseynovun ailəsindən birbaşa bizimlə danışan olmayıb. Cəbrayıldan olan qohumlar, yaxınlar vasitəsi ilə bizə belə bir xəbər çatıb ki, barışmaq istəyirlər. Amma biz qəbul etməmişik. Barışıq mümkün olmayacaq bir şeydir”.
Rasim Əliyevin atası günahkarların cəzalandırılmasını tələb etdilkərini qeyd etdi.
Həkimlərlə bağlı heç bir tədbir görülmədiyini də deyən M.Əliyev həkimlərin işini araşdırmaq üçün Səhiyyə Nazirliyi tərəfindən komissiyanın yaradıldığını bildirdi: “İşi araşdıran müstəntiq bizə bildirdi ki, baş prokuror tərəfindən Səhiyyə Nazirliyinə müraciət olunub. Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb, həkimlər haqda rəy verilməlidir. Bundan sonra həkimlərin günahının olub-olmaması araşdırlacaq və tədbir görüləcək”.
Qeyd edək ki, Rasim Əliyev avqustun 8-i bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülmüş, 1 gün sonra xəstəxanada vəfat etmişdi.
Qətl hadisəsi ilə bağlı saxlanılan 6 nəfər arasında futbolçu Cavid Hüseynov da var.


Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın