Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Ola bilməz ki, Xankəndi özünə mer seçə bilsin, amma Bakı, Gəncə, Lənkəran…”

“Ola bilməz ki, Xankəndi özünə mer seçə bilsin, amma Bakı, Gəncə, Lənkəran…”

“Prezident İlham Əliyev Xankəndi və ərtafında yaşayan 25 min civarında onlan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə inteqrasiya olunmasının vacibliyindən danışıb, doğru olan da budur”.

Bunu ekspert Natiq Cəfərli deyib.

“Bir önəmli məsələ var, biz “azərbaycanlı” sözünü üst kimliyə çevirməliyik – “azərbaycanlı” etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır, ölkədə yaşayan hər kəsi qucaqlayan, birləşdirən dəyərdir. “Azərbaycanlı” məfhumunu etnik mənsubiyyət kimi qəbul etmək doğru deyil. Ona görə də Xankəndi və ətrafında yaşayanlar erməni əsilli azərbaycanlılardır, onları ölkənin siyasi-iqtisadi-sosial-mədəni həyatına intiqrasiya etmək üçün yollar tapılmalı, bunun üçün ifadələr də doğru seçilməlidir. Sonrakı mərhələdə ölkə vətəndaşlarının tamamı siyasi intiqrasiya və təmsilçilik haqqı əldə etməli, bunun üçün yerliözünüidarə institutları yaradılıb gücləndirilməlidir. Məsələn, ola bilməz ki, Xankəndi özünə mer seçə bilsin, amma Bakı, Gəncə, Lənkəran, Şəki və digər şəhərlər yox, bu məsələ də həll olunmalıdır. Azərbaycanlı=Vətəndaşlıq tanıtımı=Hamımızı birləşdiriən üst kimlik… Əliyevin müsahibəsində başqa önəmli, vacib detallar var”.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …