Ana səhifə / Siyasət / Ölənlərdən 5-i Azərbaycan vətəndaşıdır – Baş konsuldan açıqlama

Ölənlərdən 5-i Azərbaycan vətəndaşıdır – Baş konsuldan açıqlama

“Qəza saat 08:30-da baş verib. Qəzaya əsasən, dumanlı hava şəraiti səbəb olub. Yaralılar arasında 26 Azərbaycan vətəndaşı var. Son məlumata görə, ölənlərdən 5-i Azərbaycan vətəndaşıdır. Yaralıların şəxsiyyəti artıq qismən bəllidir. Ölənlərin şəxsiyyəti hələ bəlli deyil. Çünki vəfat edənləri avtobuslardan hələ indi çıxarırlar”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. O qeyd edib ki, qəza Türkiyə-Azərbaycan sərhədindən təqribən 25 kilometr aralıda baş verib.

Baş konsul qeyd edib ki, hər iki avtobus adi qaydada, normal günlük reyslərini yerinə yetirirmişlər: “Avtobuslardan biri “İğdır turizm”, digəri “Metro” firmasına aiddir. “İğdır turizm”də Azərbaycan vətəndaşı daha çox olub”.

Yaralıların İğdır dövlət xəstəxanasına aparıldığını vurğulayan N.Quliyev hal-hazırda baş həkimin otağında olduğunu qeyd edib: “Baş konsulluğun burda – İğdırda nümayəndəsi var. Hadisə baş verən andan İğdır nümayəndəmiz hadisə yerindədir. Hal-hazırda baş konsulluğun 4-5 əməkdaşı ilə biz burda hərəmiz müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk. Mən hadisə barədə məlumat alan kimi dərhal Qarsdan İğdıra gəlmişəm”.

Baş konsul yaralılara maksimum səviyyədə tibbi xidmət göstərildiyini söyləyib: “Hazırkı məlumatlara yalnız onu əlavə etmək olar ki, yaralıların ikisinin vəziyyəti ağırdır. Onlar da yüksək səviyyədə əməliyyat olunur, bizim burda neyrocərrahımız da var. Onunla da bu barədə söhbət edirik”.

Qeyd edək ki, İğdır-Naxçıvan magistral yolunda iki avtobus toqquşub.

Yayılan məlumatlara görə, avtobuslardan biri Naxçvandan İğdır, digəri isə İstanbuldan Naxçıvan istiqamətində hərəkət edirmiş. Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə zamanı 8 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın