Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Ölən məktəb direktorunun qızı danışdı: – “Atamın ölümündə günahkar Azər İsmayılovdur, onu məhkəməyə verəcəyik”

Ölən məktəb direktorunun qızı danışdı: – “Atamın ölümündə günahkar Azər İsmayılovdur, onu məhkəməyə verəcəyik”

ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktorunun vəfat etməsi haqda xəbər vermişdik.

Məlumata görə, çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

Musavat.com saytının əməkdaşı məsələni aydınlaşdırmaq üçün mərhumun evində olub.

Məsələ ilə bağlı danışan mərhum direktorun yaxınları bütün günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.

Mərhum drektorun qızı saytımıza bunları deyib: “Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir”.

Dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər.

Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.

Həmçinin oxuyun

“Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Paşinyan deyir ki, əks-həmlə ilə məsələni həll edəcəyik. Adam (elə deyək) rəsmən müharibənin davamı üçün …

Bir cavab yazın