Ana səhifə / Siyasət / “Oğlumu “SOCAR”da işə düzəltmək üçün 20 min aldı…” – Maşallah Əhmədovun məhkəməsindən

“Oğlumu “SOCAR”da işə düzəltmək üçün 20 min aldı…” – Maşallah Əhmədovun məhkəməsindən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Yusif Əzizov deyib ki, M.Əhmədov xaricdən tikinti üçün istifadə edilən daşlar gətirmək adı ilə ondan pul alıb, sonra isə daşları da satıb, pulu qaytarmayıb: “2015-ci ildə dostum dedi ki, oğlunu Maşallah Əhmədov işə düzəldib, məni də tanış etdi, bu barədə razılaşdıq.Maşallah Əhmədov oğlumu “SOCAR“-da işə düzəltmək adı ilə məndən 20 min dollar pul aldı. Gedib Xoşbəxt Yusifzadənin yanına, deyib bu oğlanı işə götürmək lazımdı, o da deyibCV göndərsin. Beləcə tanış olduq, sonra Maşallah mənə İrandan daş gətirəcəyini dedi, bunun üçün də pul verdim. Üç maşın mal gəldi, getdim götürməyə, gördüm mal yarımçıqdı. Maşallaha dedim bir maşın mal yoxdu, dedi Yusif narahat olma, mən götürüb satmışam. Sonra gəlib gördüm maşınların ikiisi də yoxdu. Zəng edib dedim səni məhkəməyə verəcəyəm, dedi “bacım rəhmətə gedib, gəlib ödəyəcəm”.

Gələndən sonra dedi malı filankəsə vermişəm, o filankəsə verib, beləcə mal ortada itdi. Sonra bəlli oldu ki, Maşallah malları satıb pulu yeyib. Materialları da satdığı adamların sexlərindən tapdım. Maşallah mənə dedi ki, malın əvəzinə Yasamal rayonunda 2 sot torpaq verəcək. İcra Hakimiyyətindən eskiz kağızlar da gətirib göstərdi, guya mənin adıma keçirəcək. Məni ora-bura süründürdü, bələdiyyəyə getdim, ordan mənə arayış verdilər ki, Maşallah Əhmədovun adına Yasamal rayonunda torpaq yoxdur. Bununla bağlı ona kağız da yazdırıb imzalatdırdım. Mənim oğlumu işə düzəldəcəyini də demişdi. Oğlumu da işə düzəltmədi. Ondan əvvəl də məndən özünə maşın almaq üçün 6 min dollar pul aldı. Sonra da 10 min dollar verdim, o da həmin pulu Sərxana verdi. Ümumilikdə, Maşallah Əhmədovun mənə 350 min manat ödəyəcəyi var”.

İttihamda qeyd edilib ki, M.Əhmədov Y.Əzizova 143 min manat ziyan vurub.

Y Əzizov isə devalvasiyanın nəzərə alınmasını, pulları dollarla verdiyini deyib.

M.Əhmədov deyib ki, Y.Əzizov evini satıb, 58 min pulu qaldığı üçün biznes qurmaq istəyir: “Biz Yusif müəllimlə İrana gedib baxdıq, qiymətləri öyrənib gəldik. Yusif müəllimin bunlardan başı çıxmırdı. Ona dedim ki, mən futbolçu olduğum üçün gömrükdə hörmət edirdilər, hər maşında 5 min manat pul qalırdı. Biz malları gətirib Baksolda anbara boşaltdıq. Tikinti sahəsində olan Fəqan Səfərovu, Tariyeli çağırıb dedim mallara müştəri tapın, sataq. Sonra kimsə Yusif müəllimə dedi ki, Maşallah səni aldadır, əslində daşı baha satıb. Bu da gəldi mənə dedi, malları verib getdim, dedim özün sat. 4-5 ay anbarda qaldı, sata bilmədi”.

Hakim M.Əhmədovdan soruşub ki, əgər pul mənimsəməyibsə, niyə 143 min manatlıq dələduzluğa, oğlunu işə düzəltmək üçün pul alması ittihamına razılıq verib?

M Əhmədov isə Y.Əzizovun oğlunu işə düzəltmək üçün pul almadığını, heç bir dələduzluq etmədiyini deyib.

Hakim M.Əhmədovun istintaqa ifadəsini elan edib:

“İstintaqda olan səs yazısı mənə məxsusdur, səsim yazılarkən sərxoş olmuşam, Yusif Rzayevə qaytarmalı olduğum mərmər daşları və 128 min manatı yaxın vaxtlarda ödəyəcəyəm”.

Şahid Nizami Əzizov ifafə verərək deyib ki, Neft Akademiyasını bitirib: “Maşallah müəllimlə görüşüb razılaşdıq, atam mənim yanımda ona 15 min manat verdi. Maşallah müəllim məniSOCAR-a aparıb gətirirdi, orda Xoşbəxt Yusifzadə müəllimlə görüşdük, mən kənarda gözlədim. Xoşbəxt müəllimlə danışıb gəlib dedi ki, hər şey hazırdı, yaxın günlərdə əmrin veriləcək. Hələ də verilməyib”.

M.Əhmədov “mən tanınmış futbolçuyam, kiminsə xahişini edə bilərəm” deyərək reaksiya verib.

Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Neftçi”nin keçmiş futbolçusu olan Maşallah Əhmədov bir neçə şəxsə tikinti materialları satmaq adı ilə 150 min manata yaxın pul alıb qaytarmadığı üçün 2015-ci il dekabrın 14-də saxlanılıb. Hazırda ev dustaqlığındadır.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın