Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Oğlumla yollarımız ayrıldı…” – Eldar Sabiroğlu

“Oğlumla yollarımız ayrıldı…” – Eldar Sabiroğlu

Tanınmış YAP-çı, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu bugünlərdə prokurorluq orqanlarından istefa verərək, müxalifət sıralarına keçdiyini bəyan edən oğlu ilə bağlı yeni açıqlama verib. O, bildirib ki, oğlu ilə yolları ayrılıb – zaman ata ilə oğulu üz-üzə qoyub.
Moderator.az xəbər verir ki, Eldar Sabiroğlu yazılı açıqlamasında deyir:
“Bütün hallarda ağır bir işdir. Lakin bu, ata-oğul münasibətləri anlamında başa düşülməməlidir, o, bu gün də mənim övladımdır, özü də çox istəkli övladımdır. Həyatım ona qurbandır! Onun dünyagörüşü, zəngin biliyi, yüksək mədəniyyəti, intellekti, rəhmdilliyi, haqsızlığa dözümsüzlüyü ilə fəxr edirdim. İndi də bu məhəbbətim, oğluma olan arzularım sonsuzdur. O, mənim işığımı yandıracaq, ocağımı alovlandıracaq yeganə oğuldur. Allah qıymasın!
Artıq olan olub, keçən keçib. Rüfət gərək elə etməyəydi. Axı eyni əqidənin sahibi idik. Birdən-birə nə baş verir, mənim üçün anlaşılmazdır. Ancaq haqq budur ki, artıq o, yolunu dəyişdi – başqa istiqamət götürdü. Beləliklə, əqidəcə yollarımız ayrıldı. Özünün bəyan etdiyi kimi. Bundan sonra o başqa bir yolla, mən isə 20-25 il bağlı olduğum və zaman-zaman ədalətsizliklərə məruz qalsam da, peşimançılığını çəkmədiyim Heydər Əliyev yolu ilə getməyə davam edəcəm. Rüfətlə siyasi baxışlarımızın tam dəyişdiyi qənaətindəyəm. Kaş ki, belə olmayaydı. Amma zaman ata ilə balanı üz-üzə qoydu. Bundan ağır, bundan dəhşətli bir şey təsəvvür etmək çətindir. Heç kimə də belə bir həyat arzulamıram.
Rüfət yetkin insandır, onun siyasi seçimi ilə bağlı KİV-in özü ilə əlaqə saxlamalarını xahiş edərdim. Bir ata kimi indiyəcən nə fikirlərim, məsləhətlərim var idi, hamısını mətbuatda bölüşdüm. Sizlərin məni düzgün başa düşmənizi rica edərdim”.(azpolitika)

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …

Bir cavab yazın