Bazar , Avqust 18 2019
Ana səhifə / Siyasət / “Oğlumla qürur duyuram…” – Şəhidimizin fotoları

“Oğlumla qürur duyuram…” – Şəhidimizin fotoları

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz Elvin Əhmədovun şəhid olduğunu açıqlayıb. Ağır yaralanan əsgər hərbi tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatı qurtarıla bilməyib.

Qafqazinfo” xəbər verir ki, Tovuzdan millət vəkili seçilən Qənirə Paşayeva sosial şəbəkədə Elvinin rayonun Yanıqlı kəndindən olduğunu yazıb:

“Bu gün Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtalyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, Vətən sevdalıdır. Səbr dilədiyim şəhid atamız, deyəsən, səsimin titrədiyinin fərqində idi və telefonda “Qənirə xanım oğlumla qürur duyuram, təki Vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun”,- dedi.

Belə şəhid ailələri qarşısında sadəcə baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi inşallah Tovuza gəlib ailəmizi ziyarət edəcəm. İnanıram ki, Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qanınız yerdə qalmayacaq, əziz şəhidlərimiz”.

 

“Oğlumla qürur duyuram…”  -  Şəhidimizin fotoları
“Oğlumla qürur duyuram…”  -  Şəhidimizin fotoları

Həmçinin oxuyun

Əmək müqaviləsiz işçi işlədənlərə ciddi xəbərdarlıq

2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər …

Bir cavab yazın