Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / “Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib…” – Əli Həsənov

“Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib…” – Əli Həsənov

Prezidentin keçmiş köməkçisi Əli Həsənov vəzifədən çıxarılandan sonra gündəmdən düşmür. 

Uzun illər ölkənin ictimai-siyasi həyatına nəzarət edən, mediani yönəldən keçmiş köməkçi barədə demək olar ki, hər gün bir məlumat yayılır. Təbii ki, bu məlumatlar Əli Həsənovun xeyrinə deyil. 

Bu günlərdə isə keçmiş köməkçinin həbs edilə biləcəyi barədə iddialar səsləndirilib. Kütləvi İnsormasiyalara Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəşxsləri barədə başlanmış cinayət işinin Əli Həsənovdan da yan keçməyəcəyi bildirilir. Yayılan xəbərlərdən biri də keçmiş köməkçinin ailəsinin 208 000 manat vergi borcunun olması barədədir.  Onun biznes imperiyasına da əl qoyulduğu deyilir.

Bu məlumatların sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmasına baxmayaraq, susmağa üstünlük verən Əli Həsənov nəhayət, bu gün danışıb. 

O Demokrat.az-a müsahibəsində ailəsinin 208 000 manat vergi borcu olmasına münsaibət bildirib. “O şirkətin rəhbəri var, siz də zəng edib öyrənin ki, “Kaspi” liseyinin rəhbəri kimdir. Dövlətə vergi borcunun olması barədə onlara müraciət edin. Onlardan cavabınızı alıb verin. Yoxsa ki, mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram. Mən elmi-pedoqoji sahədə çalışıram, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm”, – deyə o vurğulayıb. 

Əli Həsənov biznes imperiyasına əl qoyulduğunu təsdiq edib. O bildirib ki, oğlu rəhbərlik etdiyi bütün şirkətləri təhvil verib: “Mənim oğlumun şirkəti yoxdur. Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib. Yalnız “Araz” radiosu qalıb ki, onun da təhvil-təslimi gedir. Özünüz araşdırıb öyrənə bilərsiniz. Şəxsən mən bu barədə heçnə bilmirəm. Çünki məşğul olmuram”.

Həmçinin oxuyun

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, …