Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Oğlu Gülnarə Kərimovanın ölümünü təkzib etdi, amma…

Oğlu Gülnarə Kərimovanın ölümünü təkzib etdi, amma…

“Məlumatlı mənbə” onun öldürülməsində israr edir, politoloqlar isə prezident qızının bu şayiəni qəsdən yaydığını deyir

 
Bir neçə gün əvvəl Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbəri yayıldı. Onun noyabrın 5-də zəhərlənərək öldüyü deyilirdi. Özbəkistanın rəsmi dairələri xəbərə aydınlıq gətirməyib. 
Amma G.Kərimovanın oğlu İslam Kərimov BBC-nin özbək xidmətinə müsahibəsində anasının ölüm xəbərini təkzib edib. O, özünün hazırda Londonda olduğunu da bildirib. Onun sözlərinə görə, bacısı İman Kərimova av dustaqlığından azad edilib, amma ölkədən çıxmasına qadağa qoyulub.
KİV-lər bundan əvvəl Daşkəntdəki mənəbələ istinadla Gülnarə Kərimovanın ölümü barədə məlumat yaymışdılar.
“Yeni Müsavat” xəbər verir ki, Özbəkistanın bəzi informasiya mənbələrində 44 yaşlı Gülnarə Kərimova 5 noyabrda zəhərləndiyi gün “Minor” qəbiristanlığında dəfn olunub. Dəfndən dərhal sonra isə onun basdırıldığı yeri kamuflyaj ediblər ki, izi qalmasın. Özbəskitan KİV-ləri Kərimova ilə bağlı xəbərə şərh vermək istəmir. Amma ölkənin müstəqil jurnalisti Aleksey Voloseviç ölümlə bağlı xəbərin yalan olduğunu düşünür. Buna baxmayaraq, Kərimovanı bu günə qədər canlı görən olmayıb.
Jurnalistlərin dəqiq bir nəticəyə gələ bilməməsinin səbəbi isə onun rəsmi səhifəsində yer alanlardır. Belə ki, mətbuat onun ölümü ilə bağlı 5 noyabrda versiyalarını işıqlandırdı. Amma 18 noyabrda onun adından bir status yer aldı. Həmin statusda G.Kərimovanın anası ilə birgə prezident rezidensiyasında çəkilən şəkli, onun altında isə atasının ölümü, bundan duyduğu üzüntü ilə bağlı fikirləru yer alıb. G.Əhmədovanın səhifəsində yer alan statusda qeyd olunub ki, atasının xatırəsinin və prinsiplərinin yaşaması üçün o, anası ilə birgə İslam Kərimov adına Fond təsis edib: “Fondun planları sırasında onun adına muzeyin yaradılması, eləcə də onun bu günə qədər gördüyü işlərdən kitab hazırlamağı planlaşdırırıq. Fondun əsas vəzifələrindən biri – Özbəkistanın daxildə, eləcə də ölkə sərhədlərindən kənarda təbliğatının gücləndirilməsidir”.
Ölkənin Nazirlər Kabineti isə hələ də Gülnarənin öldü-qaldısı ilə bağlı heç bir şərh verməyib. Heç siyasi kluarlarda da bu şayiəni müzakirə etmirlər. Bu iln sentyabrında Şafkat Mirzəyev bütün sosial hesablardan G.Kərimovanı silib.İ.Kərimovun ölümü ilə bağlı başsağlığını isə onun həyat yoldaşı və kiçik qızına verib. Böyük qızından olan nəvələri isə babaları ilə görüşmək imkanından məhrum idilər, onu son mənzilə yola salanda da Gülnarənin uşaqları yas mərasimində yox idi.
 
Özbəkistan politoloqu Kamoliddin Rabbimov isə hesab edir ki, guya öldürülməsi ilə bağlı şayiələri G.Kərimovanın özü yayıb: “Onun ölümü ilə bağlı xəbərlər dezinformasiyadır. Bu şayiənin təşəbbüskarı konkret olaraq kimdir, demək çətindir. Amma mən deyə bilərəm ki, biz Gülnarə Kərimovanın da içində olduğu bir oyunla, bir siyasi texnoloqun əməlləri ilə üzbəüzük. Gülnarə Kərimova bu yolla özünün gələcək statusunu yüngülləşdirmək və ya dəqiqləşdirmək istəyir. Daha bir ehtimal isə odur ki, Gülnarə Kərimovanın tərəfdarları bu texnoloji oyunu ona görə qurublar ki, İslam Kərimovun ölümündən sonra qızının yenidən hakimiyyət eşalonuna daxil olmasına yol açsınlar. Bundan başqa, Gülnarə Kərimovanın məqsədi atası tərəfindən 2013-2014-cü ildə əlindən alınan səhmləri geri qaytarmaq olub”.
Özbəkistan mətbuatı isə birmənalı olaraq G.Kərimovanın öldürülməsi xəbərini təkzib edir. Buna səbəb kimi isə informasiya mənbəyinin anonimliyini və bu xəbəri təsdiqləyən hər hansı faktların olmamasını göstərirlər. “Biz bu informasiyanı bir neçə gün boyunca yoxlamağa çalışdıq və onun həqiqətə uyğun olmadığını üzə çıxardıq. Xatırladıram ki, Gülnarə Kərimova artıq iki ildir ki, naməlum bir durumdadır. Biz ondan 2014-cü ilin sonundan etibarən heç bir xəbər ala bilmirik. Amma rəsmi sənəd, sübutlar olmayınca, rəsmi səviyyədə təsdiq olunmayınca onun ölümü ilə bağlı heç bir versiyaya inanmaq olmaz” – bunu da Ferqana portalının baş redaktoru, Mərkəzi Asiya üzrə ekspert Daniel Kislov deyib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın