“Rusiya Müdafiə nazirliyinin yaydığı xəritə mövzusunda etirazını bildirən hər kəsə təşəkkür edirəm. Xəritə dəyişdirildi və əvvəlki halına gətirildi. Yaxşı nümunədir”.
Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.
O qeyd edib ki, “Sülhməramlı əməliyyatın ərazisi”ni kimsə öz bildiyi kimi böyütməyə cəhd edəndə ən əvvəldən Azərbaycan ictimai rəyi ilə toqquşacağını aydın gördü.
Partiya sədri vurğulayıb ki, o xəritə bundan sonra ancaq daralmalıdır ki, genişlənməməlidir.