Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Siyasət / “O xəbərdə 10 yalan var” – İsa Qəmbər

“O xəbərdə 10 yalan var” – İsa Qəmbər

Müsavat Partiyasında sədr dəyişikliyi olacağı haqda xəbərlər yayılıb. 

Avropa.info saytının yaydığı məlumata görə, İsa Qəmbər partiyanın başqanlığına qayıtmağa hazırlaşır. İddia olunub ki, rayon təşkilatlarına qurultayda İsa Qəmbərin partiya rəhbəri seçilməsi üçün gizli tapşırıqlar verilib. Həmçinin qeyd edilib ki, qurultayda İsa Qəmbər başqan seçiləcəyi təqdirdə, ötən qurultaydan sonra partiyadan uzaqlaşan Qubad İbadoğlu və onun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvləri yenidən Müsavata qayıdacaq. 

İsa Qəmbər Qaynarinfo-ya açıqlamasında məlumatı təkzib edib: “Hər yalan xəbərə görə vaxt itirməyin.

Avropa.info saytının yaydığı qısa məlumatda təxminən 10 yalan var. Ordakı cümlələrdən yalnız biri həqiqəti əks etdirir. O cümlə də üslub cəhətdən yanlışdır. Həmin cümləni təkrarlayıram: “Qeyd edək ki, partiya qurultaya hazılıqla bağlı hesabat-seçki konfransları keçirilir.” Qalan bütün cümlələr isə sadəcə yalandır”,  deyə İsa Qəmbər bildirib.

Həmçinin oxuyun

İmamoğlunun mandatı nə zaman veriləcək? – YSK sədrindən rəsmi açıqlama

İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə …