Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Siyasət / “O nə prezidentdir ki, 200 minlik ordusu ola-ola…“ – Aqil Abbas

“O nə prezidentdir ki, 200 minlik ordusu ola-ola…“ – Aqil Abbas

Qazaxıstanda baş verən hadisələrdən sonra bir sıra siyasi müşahidəçilər KTMT-nin bu ölkəyə “sülhyaratma” adıyla girməsini Rusiyanın yeni işğalçılıq planı olaraq qiymətləndirir. 

Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin yeni modelini qurmaq istəməsi onsuz da hər kəsə məlumdur. Putin özü belə bu arzusunu ictimaiyyətdən gizlətməyib, Rusiya Dövlət Dumasının bir sıra deputatları da keçmiş postsovet ölkələrinə ərazi iddiaları səsləndiriblər. 

İNdi də Duma üzvləri KTMT hərbçilərinin Qazaxıstanda daimi qalması barəsində fikirlər səsləndirməkdədirlər.

SSRİ, yaxud ona bənzər yeni bir Rus dövləti yenidən bərpa oluna bilərmi?

Rusiyanın İmperiya ambisiyalarının Qazaxıstanın “başında “çatlaması” bu ölkəni hansı çıxılmaz vəziyyətə sala bilər?

200 minlik ordusu olan bir dövlət niyə 4 minlik KTMT hərbçilərinə möhtac qalıb?

Yenisabah.az-ın suallarını cavablandıran deputat Aqil Abbas məsələyə özünəməxsus şəkildə yanaşıb.

Millət vəkilinin sözlərinə görə, Qazaxıstanda ox yaydan çıxıb:

“O nə prezidentdir ki, özünün 200 minə yaxın ordusu ola-ola, ölkədə əmin-amanlıq yaratmaq üçün Qazaxıstan KTMT-dən 4 minlik ordu istəyir. Yəqin ki, burada uduzan tərəf qazax xalqı olacaq.

Formal olaraq Qazaxıstan müstəqilliyini saxlayacaq, amma ümumilikdə çoxdan itirib. Biz indi gedişata baxacağıq, görək, nə olur. Mən bu sahədə ekspert deyiləm, hər şeyi deyə bilmərəm, amma fikrimcə, bunlar xoşagəlməz hadisələrdir və Rusiya da girdiyi yerdən çıxmır”, – deyə millət vəkili vurğulayıb.

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …