Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “O mənzillər 5 ildir ki, mənimdir” – Elmira Axundova

“O mənzillər 5 ildir ki, mənimdir” – Elmira Axundova

Millət vəkili Elmira Axundova ona məxsus olduğu iddia edilən milyon yarımlıq mənzillə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Millət vəkili bildirib ki, sözügedən mənzillər 5 ildir ki, onların mülkiyyətindədir, qiyməti də yazılanlardan qat-qat ucuzdur: “Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır? Məgər mənim çoxillik fəaliyyətim və xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi? Bir də ki, mənim Feyruz Həşimovla olan məhkəmə prosesim şərəf və ləyaqətlə bağlıdır, mülkiyyətlə yox. Sadəcə olaraq qarşı tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atır. Onlardan fərqli olaraq mən qanuni yollara üstünlük verirəm və hüquqlarımı məhkəmədə uğurla müdafiə edirəm. KİV-lərə isə məsləhətim budur ki, boş yerdə ucuz sensasiya axtarmayın, ciddi problemlərlə məşğul olsunlar”.(qafqazinfo)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın