Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / “Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu danılmazdır” – İTC

“Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu danılmazdır” – İTC

İrəvan Türk Cumhurriyəti bəyanat yayıb.

Bəyanatda deyilir: “15 sentyabr – zəfər günümüzdür!

15 sentyabr – Bakının yadelli işğalçılardan xilas günü olmaqla yanaşı, həm də Azərbaycan tarixinin şanlı səhifələrindən biri, zəfər günümüzdür. 103 il öncə, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra, müvəqqəti olaraq Gəncədə yerləşən hökumətin qarşısında duran başlıca vəzifə paytaxt Bakının işğalçılardan azad olunması idi.

1918-ci il iyun ayının 4-də Azərbaycan hökuməti ilə o zamankı Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti zərurət olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürürdü. 1918-ci ilin iyulundan başlayaraq Qafqaz İslam Ordusu artıq Bakının işğaldan azad olunması üçün hərəkətə keçdi. Bu o dövr idi ki, bir tərəfdən Azərbaycan xalqına qarşı soyqırım həyata keçirmiş bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyan, digər tərəfdən Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etmişdilər.Belə bir çətin tarixi şəraitdə 1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad olundu. Azərbaycan ordusu və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə-Azərbaycan əbədi qardaşlığının bariz nümunəsidir. Bakının azad olunması uğrunda gedən döyüşlərdə yerli əhalidən şəhid olan minlərlə soydaşımızla yanaşı mindən artıq türk əsgər və zabiti də şəhidlik zirvəsinə ucaldı. Osmanlı dövlətinin bilavasitə hərbi dəstəyi və yerli əhalinin qəhrəman mübarizəsi sayəsində Bakının işğalçılardan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bu zəfər tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu danılmazdır.İrəvan Türk Cumhuriyyəti olaraq Azərbaycan uğurunda döyüşərək şəhid və qazi olan minlərlə insanımızı böyük sayğı və minnətdarlıqla yad edir, uca Tanrıdan hər birinə rəhmət diləyirik”.

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …