Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Nurgün Motors” təkzib açıqlaması yaydı

“Nurgün Motors” təkzib açıqlaması yaydı

“Nurgün Motors” şirkəti bu gün bir sıra saytlarda özü barəsində gedən məlumatlara aydınlıq gətirmək məqsədilə açıqlama yayıb.
Şikətin mətbuat xidmətindən Musavat.com saytına daxil olan press-relizdə bildirilir:
“Bu gün bəzi saytlarda şirkətimiz haqqında, guya şirkət əməkdaşlarının həbsi barədə yayılan cəfəngiyyat xarakterli məlumatlar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır.
1996-cı ildən fəaliyyət göstərən və bu illər ərzində hər zaman müştərilərinə keyfiyyətli xidmət göstərərək böyük uğurlara imza atmış Nurgün Motors şirkəti bu gün də öz dəyərlərinə sadiqdir və yorulmadan müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək yolunda çalışır.
Dəyərli oxuculara bildiririk ki, həqiqətə uyğun olmayan, şayə və böhtan dolu məlumatları oxumaqdansa satış salonlarımızı ziyarət edib xidmətimizin yüksək səviyyəsi və avtomobillərimizin keyfiyyətinin real şahidi ola bilərsiniz.
Əlavə olaraq bildirmək istərdik ki, şirkətimiz haqqında yalan və qərəzli məlumat yayan KİV haqqında qanunvericiliyə uyğun ölçü götürülməsi üçün müvafiq strukturlara müraciət olunacaq”.
Qeyd edək ki, bu gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirdiyi, adı çəkilən şirkətin bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq “Bandotdel”ə aparıldığı barədə xəbər yayılıb.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın