Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Siyasət / Novruz Məmmədovdan yeni – Təyinatlar

Novruz Məmmədovdan yeni – Təyinatlar

Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatında iki yüksək vəzifəyə təyinat edib.

“ Azinforum.az ” ın Musavat.com-a istinadən məlumatına görə, Qasım Abdullayev Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin olunub. Buna qədər Q.Abdullayev həmin şöbənin müdir müavini vəzifəsində işləyib.

N.Məmmədovun digər sərəncamı ilə Ənvər Məmmədov Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdiri vəzifəsindən azad edilərək, həmin idarənin Nəqliyyat Xidməti Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

ABŞ-ın yeni təyin olunmuş səfiri Azərbaycana gəldi

ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib. Bu barədə səfirliyin X hesabında bildirilib. …