Ana səhifə / Siyasət / Novella Cəfəroğlu: “Prezidentliyə namizədlərin hamısı güclüdür”

Novella Cəfəroğlu: “Prezidentliyə namizədlərin hamısı güclüdür”

“Prezidentliyə namizədlərin əksəriyyəti ilə görüşmüşük, təkcə Zahid Oruc və Fuad Əliyev qalıb. Sonra Prezident İlham Əliyevin nümayəndəsi Tahir Budaqovla görüşəcəyik. Prezidentlə görüşmək istəyirdik, amma bilirik ki, zaman, vaxt yoxdur. Seçkilərə qatılan namizədlərin hamısı dəyərli, bilikli, Azərbaycanı gözəl tanıyan, islahatlar aparmaq istəyən insanlardır…” 

Bu sözləri Pravda.az-a müsahibəsində növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədilə yaradılan “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasının təsisçisi, hüquq müdafiəçisi, Novella Cəfəroğlu  deyib. 

“Hamı deyir ki, onlar namizədliklərini boşluq olmaması, görüntü üçün irəli sürüblər. Xeyr! Namizədlərin hamısını yaxşı tanıyırıq. Müstəqillik uğrunda savaşıblar, ağıllı insanlardır. Fazil Mustafaya kim nə söz deyə bilər? Bəs Qüdrətə? Razi Nurullayevə, Elşad Musayevə? Bacarıqlı, çox güclü namizədlərdir. Platformalarına baxıram, elə yaxşı təkliflər veriblər ki”, – o bildirib. 

Həmçinin oxuyun

Netanyahu İlham Əliyevi təbrik etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir:“Hörmətli cənab Prezident.Bu yaxınlarda …