Ana səhifə / Siyasət / Nizami Piriyevin zavoduna bir həftəyə qaz veriləcək

Nizami Piriyevin zavoduna bir həftəyə qaz veriləcək

Rusiyanın “Qazprom” ASC sentyabr ayının 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. Bu barədə SOCAR prezidenti Rövnəq Abdulllayev məlumat verib.

Qeyd edək ki, sentybarın 11-də Bakıda “AzMeCo” (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın “Qazprom eksport” şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, “Qazprom” ildə 2 mlrd. kubmetrə qədər təbii qazı “AzMeCo” şirkətinə satacaq. Bu həcmdə qazla “AzMeCo”nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan “AzMeCo”nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər “AzMeCo” 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın