Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / Niyə məhz 7 iyul? – Bu tarixin sirri nədir, İlham Əliyev dünyaya hansı mesajı verdi?

Niyə məhz 7 iyul? – Bu tarixin sirri nədir, İlham Əliyev dünyaya hansı mesajı verdi?

Məlum olduğu kimi, bu gün – iyulun 7-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb.

Sözügedən fərmanla ölkədə 14 iqtisadi rayonun yaradılması nəzərdə tutulub. Diqqət çəkən və ciddi müzakirələrə səbəb olan məqam isə yeni –  Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmasıdır.

Ölkə prezidentinin məlum fərmanı məhz iyulun 7-də imzalamasının təsadüfi olmadığı və bunun müəyyən dairələrə mesaj mahiyyəti daşıdığı qənaətindədir.

Bəs, niyə məhz 7 iyul? Bu tarixin müstəsnalığı nədir?

Məlumat üçün xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayəti məhz bu tarixdə yaradılıb. Belə ki, 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.

Prezident İlham Əliyev məhz bu gün fərman imzalamaqla təkcə iqtisadi rayonların yeni bölgüsünü təsdiqləmiş olmadı. Bununla o, həm də Qarabağa hansısa statusun verilməyəcəyini bir daha dünyaya sübut etdi. Sfera.az

Həmçinin oxuyun

Baydendən Qarabağla bağlı açıqlama

“Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”. Bu fikirləri ABŞ …