Ana səhifə / Siyasət / “Nikolu devirsələr də, qüvvələr nisbəti dəyişməyəcək” – Zərdüşt Əlizadə

“Nikolu devirsələr də, qüvvələr nisbəti dəyişməyəcək” – Zərdüşt Əlizadə

“44 günlük müharibədən sonra İrəvanda böyük iğtişaşlar başladı. Ermənistanın məğlub olma xəbəri bu ölkənin ictimaiyyəti üçün çox gözlənilməz oldu. Çünki 44 gün onların başının altına yastıq qoyub demişdilər ki, erməni ordusu irəliləyir. Amma birdən çıxıb bunun əksini dedilər. Bundan sonra on minlərlə gənc küçələrə töküldülər, dövlət idarələrinə hücum çəkdilər, Paşinyanın kabinetinə girdilər, parlamentə daxil oldular. Faktiki olaraq şəhər onların əlində idi, sonra polis, təhlükəsizlik xidməti onları bir-bir tutub cəzalandırdı. Paşinyanın masasının arxasına əyləşib ayağını masanın üstünə qoyan gəncin isə İrəvanda hansısa körpnün altında meyitini tapdılar”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq bildirib ki, Ermənistan müxalifəti üç ildir Paşinyanı devirməyə çalışır:

“Amma mütəmadi olaraq onların təşkil etdikləri mitinqlərə qatılan insanların sayı azalır. Düzdür, Paşinyanın da tərəfdarlarının sayı azalır. Son sorğulara görə, onun siyasətini bəyənənləri sayı 17 faizdir. Ona ən yaxın rəqib sayılan Robert Köçəryanın tərəfdarlarının sayı isə 2 faizdir”.

Politoloqun sözlərinə görə, Ermənistandakı etiraz aksiyalarının arxasında Rusiya durur:

“Kəndlərdəki və şəhərlərdəki etiraz aksiyaları hamısı Rusiyanın işidir. Bunun arxasında Rusiya, keçmiş hərbi canilər və oliqarxlar var. Əhalinin əksəriyyəti Nikolu dəstəkləməsə də, onun tərəfdarları daha çoxdur. Camaat müharibədən bezib. Erməni xalqı müharibə istəmir. Əminəm ki, bundan sonra Nikol onu tənqid edənlərin rəyinə daha az fikir verəcək”.

Z.Əlizadə delimitasiya prosesini Amerika və Avropa kimi dövlətlərin alqışladığını bildirib:

“Siz indi fikir verin, delimitasiya prosesini Amerika, Avropa, bir sözlə, bütün dünya alqışladı. Bu sülh prosesinin gerçək başlanğıcı sayılır və hamı Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin gələcəyinə böyük ümidlə baxır. Ona görə də hansısa erməni cahilləri tarixin gedişini dəyişə bilməyəcək. Nikolu devirsələr, onun yerinə gələn adam qüvvələr nisbətini dəyişə bilməz. Qurtardı, tarixin qatarı getdi. Erməni işğalçıları, qəsbkarları hamısı tarixdə qaldı”.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …