Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Nikol Paşinyan: “Ermənistan Rusiyadan gözlədiyi dəstəyi alır”

Nikol Paşinyan: “Ermənistan Rusiyadan gözlədiyi dəstəyi alır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın “ARD” telekanalına verdiyi müsahibədə İrəvanın Rusiyadan müttəfiq münasibətləri çərçivəsində gözlədiyi dəstəyi aldığını söyləyib.
“РИА Новости” agentliyinin yaydığı xəbərdə belə deyilir. “Rusiyadan gözlədiyimiz dəstəyi alırıq, Rusiyanın Ermənistan qarşında üzərinə götürdüyü təhlükəsizliklə bağlı öhdəliklərini və müttəfiq kimi öhdəliklərinin keyfiyyətli şəkildə yerinə yetirməsinə şübhə etmirik”,-deyə o bildirib.
Baş nazir bildirib ki, erməni tərəfi Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu və Dağlıq Qarabağ məsələsində bitərəfliyi qorumaq üçün müəyyən bir öhdəlik götürdüyünü anlayışla qarşılayır və eyni zamanda Rusiyanın Azərbaycanla da yaxşı münasibətlərdə olduğunu başa düşür: “Əlbəttə, bu, mürəkkəb bir vəziyyətdir, ancaq biz Rusiyanın Ermənistan qarşısında üzərinə götürdüyü öhdəliklərin keyfiyyətlə yerinə yetirməsindən razıdır”.
https://ria.ru/20201107/podderzhka-1583564889.html

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …