Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Siyasət / Nigarla DYP barışdı – “…Şikayət etməyəcəm”

Nigarla DYP barışdı – “…Şikayət etməyəcəm”

“Eurovision 2011” qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəsi arasında yaşayanan gərginlik sona çatıb. 

Bu barədə “Qafqazinfo”ya açıqlamasında müğənninin özü məlumat verib. Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib:

“Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm”.

Qeyd edək ki, ötən gün sənətçi “DYP – axır zamanlar çox qudurublar” deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi.

İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövsu ilə bağlı araşdırma aparıldığını bildirmişdi.

Həmçinin oxuyun

Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? – Poluxovdan açıqlama

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir. Bunu Oxu.Az-a açıqlamasında …

Bir cavab yazın