Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Nigar Camal Azərbaycana yalnız maaş almağa gəlir” – Vaqif Əsədov

“Nigar Camal Azərbaycana yalnız maaş almağa gəlir” – Vaqif Əsədov

Müğənni Nigar Camalın yol polisi haqqında məlum açıqlaması rezonans doğurub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Avtosfer.az saytı vasitəsi ilə Nigar Camala müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, müğənni qeyd etdiyi hadisə ilə bağlı ətraflı açıqlama versin və bütün məsələlər araşdırılacaq. DYP-nin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Nigar Camal BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri olsa da, bu illər ərzində yol hərəkəti təhlükəsizliyinə heç bir dəstək verməyib. Əksinə müxtəlif şirkətlərin reklamlarına çəkilib. Amma qeyd etdiyimiz istiqamətdə bir dəfə olsun sosial çarxlarda çəkilməyib. Həmçinin yol polisinin təşkil etdiyi tədbirlərə dəvət edilsə də iştirak etməyib. Müxtəlif bəhanələrlə tədbirlərdən yayınıb.
Vaqif Əsədov bildirib ki, Nigar Camal Azərbaycana yalnız çəkildiyi reklamların pullarını almaq üçün gəlir. Gələndə də belə bəyanatlar səsləndirməsi yersizdir. Əgər problem var idisə bizə müraciət edərdi və yerində araşdırılardı. Yol polisi bir daha bəyan edir ki, Nigar Camal sözügedən məsələyə aydınlıq gətirsə bu araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək. “Bəzi müğənnilər özlərini toxunulmaz hesab edir. Yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfir olan Nigar Camal da qaydaları öyrənmək əvəzinə yol polisi haqqında xoşagəlməz ifadələr işlədir. DYP bütün bunlara rəğmən müğənninin qaldırdığı məsələni araşdırmağa və ictimaiyyətə məlumat verməyə hazırdır.” Vaqif Əsədov bildirib ki, iki gündür Nigar Camalla əlaqə saxlamaq mümkün deyil.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın