Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nigar Camal avtomobili belə idarə edir – VİDEO

Nigar Camal avtomobili belə idarə edir – VİDEO

Hadisə bir müddət əvvəl baş verib. Hətta bu haqda sosial şəbəkələrdə video da paylaşılıb. Görüntülərdə Nigar Camal və rəfiqələri avtomobildə təhlükəsizlik kəmərəindən istifadə etmirlər. Eyni zamanda sürücünün diqqəti yolda deyil kamerada olur. Həmçinin Nigar Camal da rəqs edib oxumaqla sürücünün diqqətini yayındırır. Nəticədə isə avtomobil qəzaya uğrayır.

Çox təəssüflər olsun ki, BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri seçilən Nigar Camal sosial təhlükəsizliklə bağlı sosial çarxlar çəkmək əvəzinə özü qaydaları pozur və hətta bunu çəkib paylaşır.

Qeyd edək ki, son günlər Nigar Camalın yol polisləri haqqında işlətdiyi kobud ifadələr birmənalı qarşılanmayıb. Hətta BŞDYP idarəsi müğənnini məsələ ilə bağlı dinləməyə və araşdırma aparmağa dəvət edib. Lakin hələlik Nigar Camal bu təkliflə müsbət reaksiya verməyib.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın