Ana səhifə / Siyasət / Nemət Pənahlının xanımı: “Bu dəfə gözləmirdik”

Nemət Pənahlının xanımı: “Bu dəfə gözləmirdik”

“O qədər ümidli olduğumuz vaxtlar olub ki… Bu dəfə gözləmirdik ki, azadlığa buraxılacaq”.

Bu sözləri virtualaz.org saytına açıqlamasında bu gün İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib.

“Jurnalistlərdən eşitdim ki, əfv olunanlar siyahısına Nemət da düşüb. O dəqiqə evə zəng edib xəbər elədim. O qədər həyəcanlıyam ki, heç bilmirəm nə danışım. Təbii ki, biz də, uşaqlar da çox sevinirik”, – deyə Həcər Pənahlı vurğulayıb.

Qeyd edək ki, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 2011-ci il iyunun 17-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinirdi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın